Hacı Qasimin şəkli Rusiyanın ən böyük universitetini bəzəyir VİDEO

Giperssilka "İRİNN"ə istinadən xəbər verir ki, Rusiyanın paytaxtındakı Millətlər Dostluğu Universitetində "Suriyalı müdafiəçilər" adlı foto sərgi keçirilir. Bu sərgidə General Hacı Qasim Süleymaninin və müqavimətin digər liderlərinin portretləri əsas yerləri tutublar.

Sərgi Rusiya Müdafiə Nazirliyi, Millətlər Dostluğu Universiteti, Suriya və İran səfirliklərinin əməkdaşları tərəfindən təşkil edilib. Məqsəd beynəlxalq terrorizmlə mübarizədə və məzlumlara dəstək olmaq üçün canlarını fəda etmiş qəhrəmanların cəsarətlərini diqqətə çatdırmaq olub.

Bu ağ-qara portretlər Rusiya Müdafiə Nazirliyinin hərbi fotoqrafı Aleksandr Toptanın əsərləridir. Sərgi bu universitetin tələbələri və professorları tərəfindən yüksək səviyyədə qarşılanıb. İran, Suriya, Rusiya və Livandakı Hizbullah da daxil olmaqla, müqavimətin şəhidlərinin iyirmi beş portreti sərgidə nümayiş olunub.

Giperssilka.ru