Hacı Sabir Əkbəri Ciddinin təqdimatında 30-cu gün duasının qısa şərhi VİDEO

Mübarək Ramazan ayının hər günün duasının şərhi hər gün fərqli ilahiyyatçının baxışında

Cari ildə ilahi ziyafət ayı müqəddəs Ramazan ayı aprel ayının 25-dən başlayıb. Bu münasibətlə Gipperssilka.ru izləyicilər üçün müqəddəs ayın gündəlik dualarının qısa şərhlərini təqdim edir.
 
Təqdimatlar Azərbaycan, Rusiya və digər ölkələrdə yaşayıb fəaliyyət göstərən dəyərli ilahiyyatçılar tərəfindən ediləcək.
 
Qısa müddətli videolar həcmindəki açıqlamalar günlərə müvafiq olaraq izləyicilərin xidmətində qoyulur. 

Müqəddəs Ramazan ayının 30-cu gün duasının qısa şərhini Hacı Sabir Ikbıri Ciddinin təqdimatında təqdim edirik.

P.S. Bu il Rusiya Federasiyası ərazisində müqəddəs Ramazan ayı 30 gündür, bayram gecəsi bu axşam (24 may 2020), Fitr bayramının günü isə may ayının 25-də qeyd olunacaq. 

Allah oruc-namazlarınızı, ibadət və itaətlərinizi qəbul eyləsin! Fitr bayramınız mübarək olsun!    

Giperssilka.ru