Haitidə dəhşətli partlayış: 60-dan çox ölü, onlarla yaralı

Giperssilka.ru "Shafaqna"ya istinadən xəbər verir ki, Haitinin şimalında yanacaq daşıyan avtosistern partlayıb.
Kap-Aityen şəhərində baş verən faciə nəticəsində 60-dan çox insan həlak olub.
Məsələ ilə bağlı şəhər meri Patrik Almonor məlumat verib.
Həmçinin onlarla insan müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
İnsidentin səbəbləri araşdırılmaqdadır.