Hansı surə Peyğəmbərimizə (s) 2 dəfə nazil olmuşdur? Quranda ən böyük ədəd hansıdır?

Hansı surə Peyğəmbərimizə (s) 2 dəfə nazil olmuşdur? Quranda ən böyük ədəd hansıdır?

Bilirsinizmi ki, Quranda 1015030 dəfə nöqtə işlənmişdir.

Bilirsinizmi ki, Quranda 39586 ədəd kəsrə işlənmişdir.

Bilirsinizmi ki, Quranda 19253 ədəd təşdid işlənmişdir.

Bilirsinizmi ki, Quranda ən üstün içəcək – süddür.

Bilirsənmi ki, Quranda ən üstün yeyəcək – baldır.

Bilirsinizmi ki, Quranda əksini tapmış ən böyük ədəd – yüz mindir. Bu, “Saffat” surəsinin 147-ci ayəsində gəlmişdir.

Bilirsinizmi ki, Quranda ən az işlənən hərf – “za” hərfidir.

Bilirsinizmi ki, Quranın ən böyük surəsində 25500 hərf vardır.

Bilirsənmi ki, “Təkvir” surəsinin kəlmələrinin sayı Quranın surələrinin sayına bərabərdir.

Bilirsinizmi ki, “İxlas” surəsi “Allahın məktubu” adını almışdır.

Bilirsinizmi ki, “Fatihə” surəsi Peyğəmbərə (s) iki dəfə nazil olmuşdur – bir dəfə Məkkədə və bir dəfə də Mədinədə.

Bilirsinizmi ki, “Adiyat” surəsi İmam Əliyə (ə) aid edilir.

Bilirsinizmi ki, “Nisa” surəsində evlilik qanunlarına işarə edilmişdir.

Bilirsinizmi ki, İmam Hüseynin (ə) mübarək başının oxuduğu ayə - “Kəhf” surəsinin 9-cu ayəsi olmuşdur.

Bilirsinizmi ki, “Maidə” surəsinin 6-cı ayəsində dəstəmazın mərhələləri zikr edilmişdir.

Bilirsinizmi ki, Həzrət Süleyman ilk kəs olmuşdur ki, “Bismilləhir-Rahmənir-Rəhim”i yazmışdır.

Bilirsinizmi ki, Həzrət Musa (ə) Həzrət Şuəybin (ə) kürəkəni olmuşdur.

Bilirsinizmi ki, Allah tərəfindən vəhy olunan həşərat – arı olmuşdur.

Bilirsinizmi ki, “Səhifeyi-Səccadiyyə”ni “Quranın bacısı” adlandırırlar.

Bilirsinizmi ki, Quran 23 il ərzində Peyğəmbərə (s) nazil olmuşdur. (Beytutə)

Deyerler.org / Giperssilka