HƏMAS: Fələstin tarixi torpaqlarından imtina etməyəcək

HƏMAS: Fələstin tarixi torpaqlarından imtina etməyəcək

Giperssilka Az.shafaqna.com-a istinadən xəbər verir ki, fələstinlilər heç vaxt öz tarixi torpaqlarına geri dönmək hüququndan imtina etməyəcəklər.

Bunu HƏMAS hərəkatının Siyasi Bürosunun başçısı İsmayıl Haniyə “Torpaq günü” günündə bildririb. Həmin gün Fələstində İsrail işğalı ilə mübarizə simvolu kimi qəbul edilir.

O xatırladıb ki, təxminən 40 il əvvəl İsrailin kənd təsərrüfatı ərazilərini işğal etmək qərarından qəzəblənən fələstinlilər etiraz aksiyalarına başlayıblar.

1976-cı il 30 martdan başlayaraq İsrail yeni-yeni Fələstin torpaqlarını işğal edib. Etiraz əlaməti olaraq fələstinlilər ümummillli tətillər elan ediblər və bu, genişmiqyaslı etiraz aksiyaları və toqquşmalara çevrilib.

“Bu qara gün Fələstin xalqının yaddaşında əbədiləşib”, – deyə Haniyə qeyd edib.

Onun sözlərinə görə, Fələstin xalqı dövlət quruluşuna nail olacaq, regionda siyasi güc yaradacaq və tarixi torpaqları üzərində nəzarəti bərpa edəcək.

Torpaq günü – hər yerdə olan fələstinlilərin birləşmə günüdür.

 

Giperssilka.ru