HƏMAS lideri ABŞ-dan danışdı

HƏMAS lideri ABŞ-dan danışdı

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyyə Qüds və Əqsa məscidi ilə bağlı açıqlama verib.  

O, verdiyi açıqlamada vurğulayıb ki, Əqsa məscidi və Qüds azad edilənə qədər mübarizə davam edəcək.  

"İsrail rejiminin arxasında ABŞ dayanır. Amma hamı bilsin ki, ABŞ artıq dünyanın polisi deyil. ABŞ hegemoniyası artıq bitib",

- deyə İsmayıl Haniyyə diqqətə çatdırıb.

İsmayıl Haniyyə qeyd edib ki, müqavimət cəbhəsi düşmənə qarşı daha güclüdür.

Giperssilka.ru