HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə İslam İnqilabının Rəhbərinə növbəti məktubu TAM MƏTN

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyə İslam İnqilabının Rəhbərinə növbəti məktubu TAM MƏTN

Giperssilka "KHAMENEİ.İR"-ə istinadən xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmail Həniyə Ayətullah Xameneiyə yeni bir məktub yazıb. Məktub işğal altındakı Fələstində baş verən son hadisələrdən, fələstinlilərin Qüdsdəki işğalçı rejimə vurduğu zərbələrdən və sionist cinayətlərin davam etməsindən sonra yazılıb.

İ.Haniyə Fələstindəki mövcud vəziyyəti izah edərək sionistlərin Fələstin xalqına və Məscidül-Əqsaya qarşı amansız cinayətlərini dayandırmaq üçün Ərəb, İslam və beynəlxalq dəstəyin səfərbər edilməsinə çağırıb.

Fələstin İslami Müqavimət Hərəkatının (Həmasın) rəhbərinin İmam Xameneiyə son məktubunda deyilir:

"Bismilləhir-Rahmənir-Rahim!

Həzrət Ayətullahül-üzma Seyyid Əli Xamenei cənabları, 

Qardaş ölkə İran İslam Cümhuriyyətində İslam İnqilabının Rəhbəri, səlamun əleykum və rəhmətullahi və bərakətuh.

Fələstindəki Həmas İslam Müqavimət Hərəkatından (HƏMAS-dan, red.) Zati-alinizə səmimi salamlarımızı və minnətdarlığımızı bildirməkdən məmnunluq duyuruq.

Uca Allahdan sizin müvəffəqiyyətinizin və günbəgün artan inkişafınızın davamlı olmasını istəyirik.

Zati-aliləriniz, son günlərdə sionist rejimin terror və cinayət əməllərinin görüntülərini müşahidə etmisiniz. Necə ki, İslam ümməti və bütün dünya bu hərəkətlərin şahidi olmuşdur. Bu cinayətlər son 15 ildə Qəzza zolağında zalımcasına mühasirədə olan qadın və kişilərə qarşı işlənir. Bu cinayətlər arasında Qüds, İordan çayının qərb sahili və 1948 əraziləri də var.

Fələstinlilərə qarşı cinayətlər 13 aprel tarixində sionist işğalçı və köçkünlərin Məscidül-Əqsaya, Qüdsə və Şeyx Cərrah bölgəsinə hücum etməsi ilə başladı. Millətimiz sionist rejimin təcavüzünün qarşısında səbr etdi. Biz HƏMAS İslami Müqavimət Hərəkatında da bu təcavüzlərə qətiyyətlə cavab verməyi borcumuz hesab edirik. Buna görə də sionist rejimin gərginliyin artmasına səbəb olduğu işğal olunmuş ərazilərdəki son dəyişikliklər barədə sizi məlumatlandırmağa qərar verdik.

1. Sionist işğalçılar 28 fələstinli ailənin Şeyx Cərrah bölgəsindən qovulması üçün amansız bir sərəncam veriblər. Bu vasitə ilə də Qüdsü idarə etmək, yəhudiləşdirmək və şəhərin əhalisini dəyişdirmək strategiyasını gücləndirdilər. Onlar işğal altındakı Qüdsdə bir yəhudi (sionist) bölgəsi yaratmağa çalışırlar.

2. Sionist işğalçılar uzun müddətdir gündəmdə olan Məscidül-Əqsanın zaman və məkan baxımından bölgüsü siyasətini də sürətləndiriblər. İşğalçıların Məscidül-Əqsa məscidinin əsas qapılarından biri olan Bab əl-Əmud ərazisini bağlamaqdakı hərəkətləri bunu sübut edir. Sionistlərin məqsədi Bab əl-Əmudu bağlamaq, fələstinli ibadətçilərin Məscidül-Əqsada olmasını və dini ayinləri yerinə yetirmələrinin qarşısını almaqdır.

3. Sionistlər təxribat xarakterli hərəkət edərək sionist gəlmələr tərəfindən müqəddəs Ramazan ayının son 10 günündə Məscidül-Əqsaya geniş miqyaslı bir hücum çağırışı etdilər. Məqsədləri fələstinlilərin Məscidül-Əqsada etikaf saxlamalarının qarşısını almaq idi.

4. Sionist rejim Ramazanın ən mübarək gecələrində Əl-Əqsa məscidinə vəhşicəsinə hücum etdilər. Onlar namaz qılanlara və etikaf saxlayanlara ciddi hücum etdilər. Yaşlı, cavan kişi və qadınlara da mərhəmət göstərmədilər. Bu vəhşi hərəkətdə 600-dən çox fələstinli Məscidül-Əqsa daxilində və xaricində yaralanıb.

İşğalçı rejimin Fələstin millətinə və müqəddəslərinə qarşı təcavüz və cinayətlərinin artması üzündən müxtəlif tərəflərlə geniş təmaslar qurduq. Onlardan düşmənin cinayətlərinin və pis hədəflərinin irəliləməsinin qarşısını almalarını istədik. Həmçinin bu cinayətlərin Fələstin xalqı və müqaviməti tərəfindən mütləq cavabsız qalmayacağı barədə xəbərdarlıq etdik.

Qüds sakinlərinə və müqəddəslərinə qarşı hər hansı bir təcavüzə son qoyulmasını tələb etdik. Həmçinin Məscidül-Əqsaya və fələstinli ziyarətçilərə edilən təcavüzlərə son qoyulmasını tələb etdik.

Qəti mövqelər tutmaq və sionist düşməni mühasirədə olan Qəzza xalqına qarşı cinayətlərini dayandırmağa məcbur etmək üçün dərhal İslam, Ərəb və beynəlxalq mövqelərin səfərbər edilməsi zəruridir.

Sionist rejimin cinayətkar liderlərinin Fələstin millətinə, torpağına və müqəddəs məkanlarına qarşı təcavüzlərini davam etdirmək israrı var idi. Bu da, Qəzza zolağında müqavimət göstərərək qəti və qanuni bir cavab tələb edirdi.

Bu gün cinayətkar düşmən, beynəlxalq miqyasda qadağan olunmuş ən ölümcül silahlarla gecə-gündüz Qəzza xalqına qarşı ən vəhşi cinayətləri törədir. Eyni zamanda Qüds, Qərb Şəriyə və 1948-ci ildə işğal edilmiş ərazilərdəki etirazçılara qarşı ən ağır cinayətləri törədir.

Hazırda sionist düşmən Qüds və Qəzza ilə həmrəylik nümayiş etdirənlərin hamısını çox ağır şəkildə hədəf alır, istər bu nümayişlər 1948-ci ildə işğal olunmuş ərazilər daxilində, istərsə də Qərb Şəriyə keçidlərində baş versin. Bu cinayətlər nəticəsində yüzlərlə insan ağır yaralanıb.

Biz İslam Müqavimət Hərəkatı HƏMAS-da Zati-alilərinizə işğal olunmuş ərazilərdə baş verən son hadisələr barədə məlumat veririk. Sionistlərin işğal altındakı ərazilərdə, xüsusən də işğal olunmuş Qüdsə və Məscidül-Əqsaya qarşı terror cinayətləri barədə məlumat veririk. İşğalçı liderlərin Fələstin xalqına qarşı cinayətlərdən məsul olduğunu vurğulayırıq.

Biz sionistlərin Fələstin xalqına və Məscidül-Əqsaya qarşı amansız cinayətlərini dayandırmaq üçün Ərəb, İslam dünyası və beynəlxalq aləmin dəstəyinin səfərbər edilməsini istəyirik ki, nəticədə işğalçılar aşağıdakıları etmək məcburiyyətində qalsınlar:

1. Mühasirədə olan Qəzza zolağına qarşı terror aktlarının dərhal dayandırılması.

2. İşğal altındakı Qüdsə və Məscidül-Əqsaya qarşı bütün təcavüzkarlıqların dayandırılması. Yəhudiləşdirmə (sionistləşdirmə, - red.) siyasətinin və fələstinlilərin işğal altındakı Qüdsdən məcburi köçürüməsinin dayandırılması. Həm də Şeyx Cərrah başda olmaqla işğal altındakı Qüdsə qarşı bütün zülmkar qanunlarınn ləğv edilməsini istəyirik.

3. Sionist təcavüzkarın Məscidül-Əqsadan əlini kəsməsi və bu müqəddəs yerə təcavüzlərini dayandırması. Fələstinli möminlər Məscidül-Əqsada sərbəst hərəkət edə bilsin və dini ayinlərə rahat şəkildə əməl edə bilsinlər.

Uca Allahdan sizin müvəffəqiyyətinizin və günbəgün artan inkişafınızın davamlı olmasını istəyirik. Bizim səmimi salamlarımızı və təşəkkürümüzü qəbul edin.

İsmayıl Həniyə

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Bürosunun rəhbəri".

Qeyd edək ki məktub mayın 20-də işğalçı İsrail rejimi tərəfindən qəbul olunmuş birtərəfli qaydada atəşkəs qərarından  bir-iki gün əvvəl ünvanlanıb. Bu gecə 02:00-dan etibarən məntəqədə atəşkəs rejimi başlayıb. 

 

Giperssilka.ru