HƏMAS Tramp iqtidarının birbaşa danışıqlar və milyardlarla dollarlıq təkliflərini rədd etdi

HƏMAS Tramp iqtidarının birbaşa danışıqlar və milyardlarla dollarlıq təkliflərini rədd etdi

Giperssilka.ru Qüds xəbərləri agentliyinə istinadən bildirir ki, HƏMAS Tramp hökumətini təmsil edən nümayəndə heyətinin birbaşa görüş təkliflərini rədd edib. Bu barədə HƏMAS-dakı mənbə bildirib.

Mənbə qeyd edir ki, bu ilk dəfədir ki, ABŞ HƏMAS-a görüşmək üçün birbaşa ilk rəsmi müraciətidir. Görüşün əsas gündəmi isə Qəzzanın yenidən bərpası və Qəzza aeroportunun tikintisi olub, bunun üçün Amerika HƏMAS-a milyardlarla dollar təklif edib.   

Məlum olub ki, ABŞ digər müxtəlif vasitəçilər vasitəsilə də HƏMAS-la görüşməyə səylər göstərsə də, hərəkat bütün hallarda Tramp hökumətinin görüşmək xahişlərini rədd edib. 

Xatırladaq ki, ABŞ HƏMAS-ı terror təşkilatları siyahısına salıb, buna rəğmən ilk dəfədir ki, ABŞ HƏMAS-dan birbaşa danışıqlar üçün xahişlər edir. 

Giperssilka.ru