Həşdüş-Şəbi: “ABŞ və İsrail Nəcəfdəki mitinqlərə hücum etdilər” FOTO

Həşdüş-Şəbi: “ABŞ və İsrail Nəcəfdəki mitinqlərə hücum etdilər” FOTO

Həşdüş-Şəbi komandirlərindən biri Əbu Ziya Əl-Səğir təşkilata edilən hücumların arxasında ABŞ və sionist rejimin dayandığını, İraq hökumətinin bu hücumlara layiqli cavab verməli olduğunu söyləyib.

Giperssilka.ru TASNİM-ə istinadən xəbər verir ki, İraqın Həşdüş-Şəbi təşkilatının komandirlərindən biri olan Əbu Ziya Əl-Səğir Nəcəf Əşrəf əyalətində baş verən hadisə və Həşdüş-Şəbi mövqelərinə hücum barədə geniş müsahibə ilə çıxış edib.

O, müsahibəsində bu baş verənləri ABŞ və sionist rejimin dağıdıcı hərəkatı adlandıraraq bildirib:

"Həşdüş-Şəbinin Nəcəfi Əşrəf əyalətində ki, düşərgəsinə hücum olunub. Bu hücum ABŞ və İsrailin Həşdüş-Şəbiyə qarşı bir sıra hücumlarının davamıdır. Nəcəf Əşrəfdəki Həşdüş-Şəbi silah anbarlarının hədəf alınması yeni bir məsələ deyil, ABŞ və İsrailin Həşdüş-Şəbi mövqelərinə qarşı əvvəlki və təkrar hücumlarının davamıdır. Həşdüş-Şəbi obyektlərinə edilən hər hansı bir hücum və təcavüz İraqın milli suverenliyinin təməllərinin açıq şəkildə pozulmasıdır, çünki Həşdüş-Şəbi İraq təhlükəsizlik qüvvələrinin ayrılmaz bir hissəsidir və onun mövqelərinə hücum etmək İraqın suverenliyinə bir hücumdur".

Amerikalılar əhdlərinə əməl etmirlər!

Həşdüş-Şəbi qüvvələrinin komandiri deyib ki,  ABŞ İraqla bağladığı razılaşmalara və vədlərə sadiq qalmır:

"ABŞ İraqa hörmət etsəydi, təəssüf ki, bu olmazdı (son hücum) və Həşdi Şəbi qüvvələrinə edilən hücumlar bunun açıq aydın göstəricisidir. İraq hökumətindən bu məsələ ilə bağlı cavab gözləyirik, bu son fürsət və son sınaq olacaqdır. Həşdi Şəbi silahlı qüvvələrin komandanlığı altında olan bir təşkilatdır, İraq təhlükəsizlik qüvvələrinin bir hissəsidir.

Davam edən hücumların nəticələrindən və cinayətkarların hədlərini bundan da artıq aşmaması barədə danışacağıq." O, əlavə etdi:"Bu hücumların məqsədi İraq hökumətinə və xalqına təzyiq göstərmək və onları ABŞ-a və siyonist İsrailə təslim olmağa məcbur etməkdir".

Əl-Səğir vurğulayıb ki, hökumətin bu hücumlara cavab verməsi gözlənilir:

"Hərbi qüvvələr olaraq İraq hökumətinin əmrindəyik və İraq hökumətinin həyata keçirdiyi istintaqın cavabını və nəticələrini gözləyirik. Hal-hazırda siyasi sektora rolunu və vəzifəsini yerinə yetirmək üçün fürsət vermişik, istintaqdan sonra bu mövzuda qərar verəcəyik. İraq xalqı olaraq xarici qoşunların İraq torpaqlarında olmasına qarşıyıq və ölkəmizdə xarici qüvvələr olmamalıdır. Amerikalıların İraqda qalması üçün qanuni bir səbəbi yoxdur". 

Əbu Ziya sözünün sonunda Müqavimətin qalib komandirləri Şəhid Sərdar Hacı Qasim Süleymaninin və Şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadətinə işarə edərək deyib:

"Misilsiz və böyük komandir Hacı Qasim Süleymaninin, habelə Hacı Əbu Mehdi Əl-Mühəndisin sui-qəsdində [şəhidlik] müşahidə etdiklərimiz, amerikalıların həyasızlığının, İraq milli qanunlarının və suverenliyinin pozulmasının ən yaxşı sübutudur. Müqavimətin müzəffər şəhidlərinin terror edilməsi amerikalıların əhdlərinə sadiq olmadıqlarının ən yaxşı sübutudur. Amerikalılar bir gün də olsun İraqın suverenliyinə hörmət etməyib, iraqlıların dəyərlərinə, qanunlarına və prinsiplərinə əhəmiyyət vermədilər. Əhdlərinə sadiq olsaydılar, müqavimətin müzəffər  komandirləri, ölkəmizin qonağı olan Hacı Qasim Süleymanini və Həşdi Şəbinin komandiri Əbu Mehdi Əl-Mühəndisi terror etməzdilər". 
"Hacı Qasim Süleymani İraqın əziz qonağı idi , Hacı Qasim, İslam cümhuriyyəti ilə birlikdə İraqı İŞİD-dən qurtarmaq üçün hər şeyini verən böyük adam idi, amma çox təəssüf ki, bu mövzuda amerikalıların axmaqlığını və cəsarətini görürük",  - Həşdi-Şəbi komandiri deyib. 

Tasnim Xəbər Agentliyinə verdiyi müsahibənin sonunda iraqlı komandir dedi ki, böyük şəhidlər Süleymani və Mühəndisin qanı bu gün bizim yolumuzu işıqlandırır və əzmimizi əvvəlkindən daha çox gücləndirir:

"Zəfər yaxınlaşır və sizə deyirəm,  amerikalılar, sizin İraqda yeriniz yoxdur və bu məsələ bizim üçün bitmişdir. Bu gün siyasətçilərə işlərini görmə şansı veririk və amerikalılar qüvvələrini saxlamağa israr edərlərsə, biz onlarla başqa cür danışacağıq".

Giperssilka.ru