Həsən Nəsrullah ABŞ və Səudiyyəyə səsləndi

Həsən Nəsrullah ABŞ və Səudiyyəyə səsləndi

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah mərhum Livan alimi Şeyx Əhməd əz-Zeynin ölümünün 40-cı günü münasibətilə çıxış edib.  

Yəməndəki son vəziyyətlə bağlı Seyyid Həsən Nəsrullah "Yəmənin günahsız xalqına qarşı yeni bir media müharibəsi başladıldı və səudiyyəlilərin Yəməndəki müharibəni dayandırmaq istədikləri, lakin "Ənsarullah"ın buna qarşı çıxdığı iddia edildi. Yəmənlilərə təqdim olunan plan müharibəni dayandırmaq deyil, atəşkəsin təmin edilməsi və Yəməndəki limanlar, hava limanları və giriş nöqtələrinin mühasirəsinə davam etməkdir", - deyə dəyərləndirmə edib.  

Yəmən xalqının onlara təqdim olunan planla böyük bir hiylə qurulduğunu başa düşdüyünü söyləyən Nəsrullah "Onlar müqavimət və siyasətdə bacarıqlı olduqları üçün düşmənin planına inanmadılar. Səudiyyəlilər və amerikalılar vaxtlarını boşa sərf etməməlidirlər, çünki niyyətləri ifşa olunub", - deyə bildirib.  

Səudiyyə hökumətinə müraciət edən Həsən Nəsrullah "Yəmənlilər yeni oyununuzu başa düşdüyü üçün vaxtınızı itirmədən müharibə ilə mühasirəni dayandırın", - deyib.  

O, ABŞ-ın sabiq prezidenti Donald Trampın təqdim etdiyi "Əsrin müqaviləsi"nin Fələstin xalqının müqaviməti ilə böyük bir iflas yaşadığını dilə gətirərək, "Tramp məhv oldu. Netanyahu da çətin vəziyyətdədir və daxili böhranla məşğul olur. Rejimin seçkiləri də bunu göstərir", - deyib.  

"Hizbullah" lideri İran haqqında "Ən sıx məhdudiyyətlər və gündəlik müharibə təhdidləri altında olan İran müharibəyə boyun əymədi. Bu dəfə də əsla baş verməyəcək. İran sanksiya mərhələsini aşır, gücü bunu sübut edib", - söyləyib. 

 

Giperssilka.ru