Həsən Ruhani: “Sabah bütün müqəddəs hərəmlər açılacaq” 

Mayın 24-də İran İslam Cümhuriyyətində bütün müqəddəs məkanlar açılacaq.

Həsən Ruhani: “Sabah bütün müqəddəs hərəmlər açılacaq” 
İİR Prezidendi Həsən Ruhani

Giperssilka.ru yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə İİR prezidenti Həsən Ruhani Koronavirus Əleyhinə Mübarizə Qərargahındakı müşavirə zamanı bildirib. 


“Müqəddəs məkanlar sabahdan günəş çıxandan 1 saat sonra açılacaq və gün batmamışdan 1 saat əvvəl bağlanacaq. Ümid edirik ki, Allah insanlarımızın dualarını qəbul edəcək”, - Ruhani bildirib.


H.Ruhani çıxışı zaman İran-İraq müharibəsində həlledici döyüşlərdən olan Xürrəmşəhrin azad edildiyi 3 Xordad tarixini xatırladaraq ölkənin milli  müdafiə tarixində bu günün çox vacib gün olduğunu vurğulayıb. 
Giperssilka.ru