Həzrət İbrahim (ə) məscidi açıldı

Həzrət İbrahim (ə) məscidi açıldı
Fələstin, Qərbi-Şəriyyə, Əl-Xəlil şəhəri, Həzrət İbrahim (ə) şəhəri

Giperssilka.ru İLKHA-ya istinadən xəbər verir ki, Fələstinin Qərbi-Şəriyyə hissəsindəki İbrahim Peyğəmbərə (ə) aid Həzrət İbrahim (ə) Məscidi 3 aylıq müddətdən sonra bu gün qapılarını möminlərin üzünə açıb. Əl-Xəlil şəhərində yerləşən müqəddəs tarixi məkanın Covid-19 tədbirləri çərçivəsində bəzi yumşalmalara başlanmasından sonra açılıb.

Onlarla insan bu gün sübh namazlarını Əl-Xəlilin Qədim Şəhər rayonunda yerləşən Həzrət İbrahim (ə) məscidində qılıb. Namaz boyu işğalçıların sərt mühafizə tədbirləri aldığı diqqət çəkib. 

Həzrət İbrahim (ə) Məscidinin  yerləşdiyi Qədim Şəhər işğalçı sionistlərin işğalı altındadır. İşğalçı qüvvələrin məscidin girişlərində də bir sıra nəzarət nöqtələri vardır. 

Giperssilka.ru