Hicablı tələbə nüfuzlu universitetdə mühüm vəzifəyə seçildi

Hicablı tələbə nüfuzlu universitetdə mühüm vəzifəyə seçildi

Giperssilka "Shafaqna"ya istinadən xəbər verir ki, ABŞ-da yerləşən Yel Universitetinin tarixində ilk dəfə olaraq hicablı müsəlman qız oranın tələbə ittifaqının prezidenti seçilib.

Molekulyar və hüceyrə biologiyası fakültəsinin tələbəsi olan Bəyyan Cəlal 56%-dən çox səs toplayaraq nüfuzlu universitetin tələbə birliyinin başçısı seçilib.

Bəyyan deyib ki, “Yeli daha sağlam etmək” niyyətindədir və bu, xüsusilə də pandemiya şəraitində daha aktualdır.