Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyyid Abbas Musəvi ilə görüşüb.

Giperssilka xəbər verir ki, Hikmət Hacıyev görüşlə bağlı Tvitterdəki hesabında paylaşım edib:

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”.

 

Abbas Musəvi də öz növbəsində qeyd edib ki, Hikmət Hacıyevlə görüşdə ikitərəfli əlaqələrin inkişafı və ümumi maraq doğuran məsələlər müzakirə edilib.

Giperssilka.ru