Hindistan-Çin sərhəddində təhlükəli qarşıdurma: 40 çinli əsgərin öldürüldüyü iddia edilir

Nüvə silahına malik ölkələr, Çin və Hindistan arasında böyük böhrana səbəb olacaq hadisə yaşanıb. Bölgədə Çinin ən azı 40 əsgərinin öldüyü iddia edilir.

Hindistan-Çin sərhəddində təhlükəli qarşıdurma: 40 çinli əsgərin öldürüldüyü iddia edilir

"Giperssilka" xəbər verir ki, Hindistan Rabitə Nazirliyi Çinlə yaşanan son toqquşmada qarşı tərəfin ən azı 40 əsgərinin həyatını itirdiyini bildirir. İki ölkə arasında uzun müddətdir mübahisəli bölgə olan Qalvan vadisində ötən bazar ertəsi günü yaşanan toqquşmada Hindistanın 20  əsgəri ölüb, ən azı 76 əsgəri yaralanıb.

Çindən "Global Times" agentliyi bildirir ki, təfərrüatlar açıqlanmasa da, Çin tərəfi də itkilər verdiyini bildirib. Hindisdan rabitə naziri Sinx toqquşma zamanı Hindistan tərəfində qalmış Çin əsgərlərinin ölkələrinə təhvil verildiyini bildirib.

Qeyd edək ki, iki ölkə Himalay silsilə dağlarının qərbindəki Qalvan vadisində hər iki tərəfin hərbi hissələrinin olduğu sərhəd ərazilərində anlaşılmazlıq yaşanmaqdadır. Tərəflər qarşılıqlı bir-birini sərhədləri pozmaqda ittiham edir. 

Giperssilka.ru