Höccətül-İslam Alimi: “Əfqanıstanın gəncləri və ziyalıları istedadlarını xarici ölkələrə sərf etməsinlər”

Höccətül-İslam Alimi: “Əfqanıstanın gəncləri və ziyalıları istedadlarını xarici ölkələrə sərf etməsinlər”

Giperssilka “HÖVZƏ”yə istinadən xəbər verir ki, Qərbi Kabilin İmam Cüməsi Höccətül-İslam vəl-müslimin Alimi Əfqanıstanın hazırkı vəziyyətdə olan ehtiyaclarından danışıb.

O qeyd edib ki, bu ölkə 40 ildən artıqdır daxili və xarici müharibələrin qurbanı olub və bu da, təəssüf ki, insanlar üçün bədbəxtlikdən başqa bir şeylə nəticələnməyib:

“Bu ölkənin gənclərinə və ziyalılarına məsləhət görürəm ki, özlərini, fikir və istedadlarını xarici ölkələrə sərf etməsinlər. Bu gün Əfqanıstanda işçi qüvvəsini cəlb edə və inkişaf etdirə biləcək istedadlı və iş təcrübəsi olan gənclərə ehtiyac var”.

Höccətül-İslam Alimi sözlərinə əlavə edib ki, tacirlər Əfqanıstanın sərmayəsini ölkədən çıxarmamalıdır, bu torpağa sərmayə qoymalıdırlar:

“Bu ölkə üçün daxili investisiyaların nəticəsi firavanlıq və bu ölkədən yoxsulluğun və aclığın aradan qaldırılmasıdır.

O, Taliban hakimiyyətini xalq qarşısında cavabdeh olmağa və təhlükəsizlik və sülh üçün verdikləri vədləri yerinə yetirməyə çağırıb.

Giperssilka.ru