"Hüseyni (ə) unutma" layihəsi müqəddəs İraq Hərəmlərinin Bərpası Təşkilatının Rusiyadakı rəsmi nümayəndəsi oldu FOTO

Giperssilka-nın məlumatına görə, Rusiyada fəaliyyət göstərən "Помни Хусейна (ас)" ("Hüseyni (ə) unutma") layihəsi müqəddəs Kərbəlada Xanım Zeynəb (sə) Külliyəsinin möhtəşəm layihəsinin tikintisinə vəsait toplamaq məqsədilə İraq Hərəmlərinin Bərpası Təşkilatının RF-dəki rəsmi nümayəndəsi seçilib. Bu barədə saytımıza layihənin rəhbəri ilahiyyatçı Kərbəlayi Nuri Məmmədzadə məlumat bildirib.

Kərbəlayi Nurinin sözlərinə görə, bu ərazinin inşası İmam Hüseynin (ə) məbədi ilə Xanım Zeynəbin (s.ə.) Külliyəsi arasında aparılır və 5 hektar ərazini əhatə edir. 

"Əraziyə dörd mərtəbə Xanım Zeynəbin (sə) bərpa edilmiş Məqamı, İmam Hüseynin (əs) müqəddəs hərəmindən tutumunu 50 min kvadratmetrədək artıran bir neçə zal, bir muzey, kitabxana, istirahət yerləri və s. daxildir", - deyə N.Məmmədzadə qeyd edib.

Qeyd edək ki, "Помни Хусейна (ас)" ("Hüseyni (ə) unutma") layihəsi İmam Hüseynin (ə) fikirlərinin yayılması, müqəddəs Məhərrəm ayı ilə bağlı tədbirlərin keçirilməsi, kitabların, afişaların və digər çap vasitələrinin nəşri ilə məşğuldur. Layihənin fəaliyyəti Rusiyanın bir çox şəhər və bölgələrini əhatə edir, xüsusən də layihə Dərbənd və Mahaçqala kimi şəhərlərdə müxtəlif münasibətlərdə ehsan paylanmasını təşkil edir. 

Layihə həm də xeyriyyə işləri ilə məşğuldur. Layihə hər il imam Hüseynin (ə) məddahlarının və xidmətçilərinin qurultayını keçirir, Aşura mövzusunda kliplər və video materiallar hazırlayır, zəvvarları Ərbəin ziyarətinə göndərir.

İmam Hüseynin (ə) mütəhhər hərəminin bərpasına və genişlənməsinə töhfə vermək, Xanım Zeynəb (s.ə.) Külliyəsinin tikintisinə kömək etmək istəyənlər Sberbank kartına pul köçürə bilərlər:

4276 6000 3328 4981

Kart sahibinin adı:

Əli Şıxzadаyeviç.

 

Giperssilka.ru