İCRUS TV müqəddəs Ramazan ayında çeşidli yayınları ilə xidmət göstərəcək VİDEO  

Quranın baharı müqəddəs Ramazan ayı daxil olmaqdadır. İlk dəfə koronavirus dönəminə müvafiq gələn buliki orucluq ayı indiyə qədərkilərindən tamamilə fərqli şəraitdə baş tutmaqdadır. Giperssilka.ru xəbər verir ki, məscid və hüseyniyyələrin qapalı olduğu bir zamanda müsəlmanların müqəddəs ayda şəri və sair suallarına cavab tapmaları, mənəvi tələbatların ödənilməsi üçün İCRUS TV hər gün canlı yayında müxtəlif proqramlar təqdim edəcək. 


Mövzu ilə bağlı Giperssilka-ya açıqlama verən İCRUS TV-nin Azərbaycan redaksiyasının məsulu, ilahiyyatçı Hacı Oqtay Məmmədov qarşıda izləyiciləri gözləyəcək proqramların anonsunu verib. 


“Şəban ayında, İmam Hüseynin (ə) bərəkətli mövlud günündə başlanan yayınlarımız həmin gündən davam edir. İlahi ziyafət ayının gəlişi ilə yayın proqramlarımızı bir qədər də genişləşdirmişik. İzləyicilərimiz müqəddəs Ramazan ayı boyunca hər gün axşam saat 17:00-dan proqramlarımızı izləyə bilərlər. Proqramlarımız arasında Quran tədrisi, dəyərli rihanilərimizin söhbətləri, tanınmış şairlərimizdən şeir töhfələri, müxtəlif ilahi qruplar və Əhli-beyt (ə) məddahlarının ifalarında bir-birindən gözəl kliplər, həmçinin ibrətamiz filmlər yayınlacaqdır”,

deyə Hacı Oktay bildirib.


Xatırladaq ki, aprel ayının 24-ü gecə saatlarından müqəddəs Ramazan ayının ilk gecəsi daxil olur. Bu il aprel ayının 25-i mübarək Ramazan ayının ilk günüdür. Bu münasibətlə sizləri təbrik edir, ibadət və itaətlərinizin qəbulunu Mütəal Allahdan diləyirik.


Giperssilka.ru