İctimai fəal Alik Aslanov 15 sutka həbs edildi

İctimai fəal Alik Aslanov 15 sutka həbs edildi

Bu gün İmişli rayon məhkəməsi ictimai fəal Alik Aslanov haqqında 15 sutka həbs cəzası çıxarıb.

 

Maide.Az "Vetenugrunda.az"a istinadla xəbər verir ki , Alik Aslanov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsiylə ittiham edilib (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama).

 

Şahidlərin sözlərinə görə, onu dünən saat 18:00 radələrində Nərimanov metrosunun yaxınlığında mülki geyimli şəxslər tutub aparıb. 

 

A.Aslanovun yaxınlarının verdiyi məlumata görə, iyunun 8-də  ona zəng edən şəxslər özlərini İmişli polis idarəsinin əməkdaşları kimi təqdim ediblər və Bakıda onunla görüşmək istədiklərini deyiblər. 

 

İddia edilir ki, A.Aslanovun həbsinə səbəb onun məscidlərin açılması ilə bağlı ölkə başçısına etdiyi müraciət olub.  

Giperssilka.ru