İlahiyyatçı-psixoloq “Halloven”in uşaqların incə ruhlarına vurduğu zərbələri açıqladı VİDEO

İlahiyyatçı-psixoloq “Halloven”in  uşaqların  incə ruhlarına vurduğu zərbələri açıqladı VİDEO

Son illərdə müxtəlif xarici müdaxilələr nəticəsində milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə yad, gələcəyimizə qənim kəsilən dəyərlər cəmiyyətimizə soxulmağa başlayıb. Bu müşahidənin ən təhlükəli tərəfi kimliyimizə zidd bu dəyərlərin müxtəlif “bayram”lar adı altında körpə və yeniyetmələrimizə şamil olunmasıdır. Belə yad amillərdən biri də yetişməkdə olan yeni nəslimizə bayram adı altında sırınan "Halloven" güruhudur. Bəs görəsən, ata-babalarımızın, ana-nənələrimizin indiyə heç vaxt övladları üçün qeyd etmədiyi bu qondarma və qaragüruh mərasimi övladlarımızın psixoloji tərbiyəsində hansı izləri buraxır?

Məsələ ilə Giperssilka.ru-ya münasibətini açıqlayan gənc ilahiyyatçı-psixoloq Siruz Pirrəfdi saytımıza bildirib:

"İlahiyyatçı və psixoloq olduğum üçün bu mövzuya hər iki tərəfdən yanaşacaq və bu kimi məsələlərin zərər və ziyanlarını əziz valideyinlərə çatdırmağa çalışacağam.

İlk olaraq mövzuya sırf psixoloji cəhətdən nəzər salaq.

Dünyada bir dənə də olsun, məşhur və təcrübə sahibi olan psixoloq tapa bilməzsiniz ki, uşaqları cəzalandırma üsulu olaraq onlara, "sənə iynə vuraram", "polis səni tutub aparacaq", "yatmasan xoxan səni yeyəcək" və sair bu kimi sözlərin deyilməsinə icazə versin. Əksinə, mütəxəssislər yazı və çıxışlarında bu kimi hərəkətləri qınamış və valideyinləri övladlarına bu və buna bənzər sözləri deməməyə çağırmışlar.

Psixoloqlar uşaqları cəzalandırmaq üçün bu  üsulları məsləhət görürlər: "Bu gün sən cizgifilmi izləmək qadağandır", "bu gün çölə dostlarınla oynamağa getməyəcəksən" və sair bu kimi məhdudiyyətlər qoymaqla. Bu baxımdan bir çox psixoloqun adını sadalayıb onların bu barədə olan nəzərlərini qeyd edə bilərik, amma yorucu olmasın deyə, bir məşhur psixoloqun adını və nəzərini qeyd etməklə kifayətlənirik.

Dünyaca məşhur olan müsbət psixologiya elminin banisi və atası sayılan, həmçinin Amerikada psixologiya sahəsində yüksək vəzifələrdə çalışan Seliqman deyir ki, insanı hər hansısa bir işdə yalnız təşviq edərək müvəffəqiyyət qazandıra bilərsiniz, qorxu və ya cəza ilə deyil. Seliqmana görə, əgər insan cəza alarsa, bu onun ruhuna pis təsir edir və insan inkişaf etmək yerinə əksinə olaraq geriləyir. Yəni Seliqmana görə bir insanın yaxşı mənada inkişafı onun sağlam ruha sahib olmasıdır və bu da yalnız sağlam həyat tərzi ilə əldə oluna bilər. Bu psixoloqun nəzərinə baxdıqda, sağlam ağıl sahibləri düşünür ki, uşaqları qorxutmaq qəti qadağandır".

Bu tip qondarma "bayram" tədbirlərində qorxu amilinin uşaqların psixologiyasında buraxdığı təsirləri təhlil edən S.Pirrəfdi vurğulayıb ki, valideynlərin psixoloqa ən çox müraciət etdiyi məsələlər aşağıkılardan ibarətdir:

"Uşağım ayaq yolunda da oturmağa qorxur, qaranlıqda qorxur, məktəbdə ağlıyır, tək qalmaq istəmir və mənim də onunla qalmağımı tələb edir və sair. Deməli, uşaqlar nədən və nələrdənsə qorxur. Böyük yaşlarında olan insanlar belə onların yanında cin-şeytan və sair kimi söhbətlər olunduqdan sonra canlarına qorxu düşür. Hətta bir çox insanlardan soruşsanız, deyəcəklər ki, qaranlıq otaqda və ya yol gedəndə, elə bilirəm dalımca kimsə gəlir.

Halbuki bu o şəxslərin öz beyinlərinin yaratdığı xəyali bir qorxudur. Deməli, bu qədər dəlil-sübutdan sonra anlaşılır ki, uşaqların ruhları özləri kimi incədir və onların ruhları zərbə aldıqda gələcəkdə bir çox fəsadlara səbəb ola bilər. Valideyinlər tərəfindən qorxudulan və ya qorxulu səhnələr görən uşaqlar bir çox psixoloji problemlərlə üzləşirlər, o cümlədən, yerlərini islatmaq və sair. Böyüdükdən sonra isə bir çox işlərə gücləri çatdığı üçün artıq, cinayət işləməyə belə başlayırlar. Buna misal olaraq Stalini göstərmək olar. Stalin bir neçə ölkənin rəhbəri idi, amma çox qəddarlıq edirdi. Onun haqqında araşdırma aparan psixoloqlar deyirlər ki, onun bu hala düşməsinin əsas səbəbi uşaqlıqda ailəsi tərəfindən çox döyülməsi olub.

Onun hər dəfə valideynləri və digər bacı-qardaşları tərəfindən döyülməsi ruhuna pis təsir edib və o, vəhşi və daim intiqam almaq istəyən bir şəxsə çevrilib, əli qüdrətə çatan kimi başlayıb insanlardan intiqam almağa.

Digər bir şəxsi misal olaraq qeyd edək. 56 insanı öldürmüş sovet psixopatı Andrey Çikatila. Bu şəxs haqqında "YouTube"da baxa bilərsiniz, amma ürəyi zəif olanların baxmağı məsləhət deyil. Bu şəxs uşaq vaxtı anasının dəfələrlə alman əsgərləri tərəfindən zorlandığını gördüyü üçün psixoloji gərginlik keçirdir və böyüdükdən sonra dəhşətli bir qatil olur. Bunu da qeyd edək ki, Andrey Çikatila sakit və mülayim bir müəllim kimi illərlə fəaliyyət göstərdiyi üçün çox geç tapılıb. Mülayim və heç kəslə işi olmayan biri kimi görünməsi onun qatil kimi sorğulanmamasının səbəb olub. Hətta bir dəfə ondan şübhələnsələr də, sonradan onun sadə və mülayim müəllim olduğu üçün üzr istəyib buraxıblar.

İndi isə siz özünüz qərar verin, oyun və bayram adı ilə təşkil olunan və uşaqlara "Halloven bayramı" kimi təqdim olunan qondarma bir "bayram" uşaqların həyatı üçün nəbə qədər zərərlidir.

"Halloven bayramı" adı ilə keçirilən, əslində isə cinayət xarakterli olan bu "bayram"da üzlərə eybəcər və qorxulu maskalar taxılır, üzərində kəsilmis başı təsvir edən tort təqdim olunur, olduqları yeri qana bənzər qırmızı maddə ilə rəngləyirlər və sair. İndi,  fikirləşin, burada bayram adına iştirak edən uşaqlar nə günə qalar.

Necə olur ki, Avropa və Amerikada bir valideynin öz uşağını cəzalandırmaq icazəsi yoxdur, yəni bir valideyin öz uşağını cəzalandırsa, bunu əgər polis bilsə, həmin valideyn cərimə olunacaq, lazım gələrsə, uşaq valideynin əlindən alınaraq dövlətin uşaqlar üçün ayrırdığı xüsusi yerlərə verilir.

Bunlar hamısı ona görə edilir ki, uşaqlar şiddətə məruz qalarsa, onların psixoloji problemi yaranar, onlar gələcəkdə bir cinayətkar dəstə və ya intihar edərək öz həyatını məhv edən bir varlığa çevrilməsinlər. Bəs yaxşı, belə olduğu halda Avropa və Amerika bu cür səfeh və ağlasığmaz "Halloven bayramı" adı ilə əslində uşaqların həyatıni tamamilə məhv edə biləcək bir işə nədən icazə veriblər, həmçinin bunun yayılmasına çalışırlar?! Deməli, bu işin arxasında kimlərsə dayanıb və bu işi qəsdən edirlər ki, gələcəkdə sağlam ruha sahib az insan olsun.

Kimlərsə deyə bilərlər ki, bəyəm uşaq nədənsə qorxmaqla cinayətkar olur. Xeyir, mən demirəm ki, hamısı cinayətkar olacaq, deyirəm ki, ruhi sağlamlığını itirəcəklər.

Bir uşağın ruhi sağlamlığı olmasa, onun nə hayatı ola bilər, əziz valideynlər.

Qırx dörd günlük müharibədə neçə-neçə gənclərimiz şəhid, yaralı, qan, və sair dəhşətli səhnələr gördüyü üçün neçəsinin dilinin tutulduğunu, neçəsinin psixoloji problem üzündən intihar etdiyini bilirsinizmi?!

Bəli deməli "Halloven bayramı" adlı bu qondarma bayram, insanlığın məhvi üçün düşünülüb".

 

 

 

Açıqlamalarının davamında mövzuya ilahi baxışdan tərəfdən yanaşan S.Pürrəfdi bildirib:

“Kamil insan nümunəsi olan və Allah tərəfindən bütün insanlara ən kamil insan, hər bir insanın kamilliyə çatması üçün göstərilən ən gözəl nümunə kimi tantdırılan Muhəmməd peyğəmbər (s) bir gün onun yanına qulağına azan və iqamə oxunması üçün gətirilən körpənin bövl etdiyi üçün valideyinləri tərəfindən şiddətlə Allah Rəsulunun (s) qucağından götürülməsi Allah Rəsulunu (s) narahat etdi. O həzrət (s) uşağın valideynlərinə belə buyurdu: "Bu nə işdir, görürsünüz?! Uşaq üstümə bövl edibsə, bədənimi və paltarımı su ilə pak edə bilərəm, bəs siz bu uşağın qorxmuş ruhunu necə təmizləyəcəksiniz". Allah Rəsulunun (s) buyuruşundan məlum olur ki, uşaqlara qarşı şiddət və ya bu kimi hallar onların ruhuna böyük zərbələr vurur.

Sonda bir daha təkrar edirəm,  Allah Rəsulu (s) ən kamil insandır və insanların kamilliyə çatması üçün ən yaxşı nümunədir, ona görə Allah ayəsində belə buyurur: "O, sizə nə verirsə, götürün, nəyi qadağan edirsə, ondan çəkinin". Deməli, Muhəmməd peyğəmbər (s) uşaqlarin qorxudulmasının onların ruhuna böyük zərbələr vura biləcəyini qeyd etməsi və insanları bundan cəkindirməsi bunu göstərir ki, gərək hər ağıllı və aqil insan  belə bir iş tutmasın.

Amma təəssüflər olsun ki, bu gün Avropa və Amerikada olduğu kimi, Azərbaycanımızda da belə hallarla qarşılaşırıq. Misal üçün, Bakıda Balım uşaq bağçasında artıq illərdir ki, "Halloven bayramı" adlı qondarma "bayram" keçrilir. Orada uşaqlara üzərində kəsik baş olan tort təqdim olunur, həmin "bayram" keçirildiyi mühit qorxulu hala salınır, orada iştirak edənlər eybəcər və qorxulu maskalardan istifadə edirlər. İndi özünüz düşünün, bu uşaqların halı nə olacaq? Sizcə, bizi gələcəkdə xəstə və ruhi problemləri olan cinayətkarlar gözləmirmi?!

Mən iki övlad atası olan bir valideyn kimi bütün valideynləri, o cümlədən, ağıllı və aqil insanları bu işi qınamağa və tənqid etməyə dəvət edirəm”.

Giperssilka.ru