İmam Hüseynin (ə) şəhadətinə dair qədim əlyazma nüsxəsi aşkarlanıb FOTO

Giperssilka "İmamhussain.org"a istinadən xəbər verir ki, Hüseyni Qüds Astanı ilə əlaqəli Mədəni və Dini İrsi Dirçəltmək Mərkəzi İmam Hüseynin (ə) məqtəlinin müəllifi Seyyid Əbdül Rəzzaq əl-Müqərrəm tərəfindən yazılmış on nadir və mühüm əlyazmanı əldə edib.

Mədəni və Dini İrsi Dirçəltmək Mərkəzinin məsulu Ehsan Xızır Abbas bu mövzuda bunları söyləyib: "Hüseyni Qüds Astanının köməyi ilə Seyyid Abdul Razzaq əl-Müqərrəmin 37 əlyazmasını topladıqdan, araşdırdıqdan və çap etdikdən sonra daha 10 əlyazma əldə etdik".

O bildirib ki, Seyid Əbdül Rəzzaqın (rəh) ailəsi ilə görüşdükdən bir neçə gün sonra onun əlyazması ilə yazılmış 10 nüsxəni bizə hədiyyə etdilər. O kitablardan biri də İslamda Aşura kitabıdır. İnşallah, bu əlyazmalar araşdırmalardan və illüstrasiyalardan sonra nəşr olunacaq.

Qeyd edək ki, Hüseyni Qüds Astanı ölümünün 50-ci ildönümü ilə əlaqədar olaraq Seyyid Abdul Razzaq əl-Müqərrəm adlı elmi konfrans keçirmişdi. Bu konfransda onun yazıları barədə danışılmışdı.

Giperssilka.ru