İmam Rza (ə) və Xanım Məsumənin (s.ə) viladətləri ilə bağlı müsabiqə keçirilib FOTO / VİDEO

İmam Rza (ə) və Xanım Məsumənin (s.ə) viladətləri ilə bağlı İmam Rza (ə) hərəmi 3 müsabiqə keçirib.

Bu barədə Giperssilka.ru-ya açıqlamasında müqəddəs hərəmin Azərbaycan yayımları üzrə məsul Kərbəlayi Əli Əlizadə bildirib.

O deyib ki, müsabiqələrdən biri kitabla bağlı idi:

“Kitab müsabiqəsi Alli Rəhbərin “20 hədisə şərh” kitabı idi ki, burada 100 nəfərdən çox adam iştirak etdi. 8 nəfər qalib seçildi və onlar İmam Rza (ə) hərəmi tərəfindən hədiyyələr təqdim olundu”.

Kərbəlayi Əli Əlizadə qeyd edib ki, ikinci müsabiqə İmam Rza (ə) hərəmi haqqında idi:

“İştirakçıları İmam Rza (ə) hərəmi haqqında xatirələrini bizə göndərdilər. Bu müsabiqədə 500 nəfərdən çox adam iştirak etdi və 8 nəfər qalib mükafatlandırıldı”.

 

 

 

 

Onun sözlərinə görə, üçüncü müsabiqə isə uşaqlar arasında keçirilib:

“Müsabiqə İmam Rza (ə) hərəmi ilə bağlı rəsm əsərlərinin çəkilməsinin həsr olunmuşdu. 480 nəfər bizə rəsm çəkib göndərdi. Yenə də 8 nəfər qalib oldu”.