İmam Rzanın (ə) pak hərəmində Azərbaycan şəhidlərinin xatirəsinə xeymə qurulub FOTO / VİDEO

Giperssilka xəbər verir ki, İran İslam Cümhuriyyəti müqəddəs Məşhəd şəhərində təhsil alan azərbaycanlı tələbələri tərəfindən İmam Hüseynin (ə) Ərbəini və şəhidlərimizin xatirəsinə xeymə qurulub. Bu barədə müqəddəs hərəmdən redaksiyamıza daxil olan məlumatda bildirilir.

Dünyanın müxtəlif ölkələrindən və İran şəhərlərindən İmam Rzanın (ə) müqəddəs ziyarətinə gələn zəvvarlara Qarabağ şəhidləri haqqında məlumat verilərək şəhidlərimizin xatirələri yad olunub, xeymədə ehsanlar verilib.

Qeyd edək ki, müqəddəs hərəmdə Qarabağ şəhidlərinin anım mərasimində İmam Rza (ə) hərəminin müdiriyyət heyəti, Beynəlxalq Camiətul-Mustəfa (s) Universitetinin Xorasan filialının rəisi və digər dövlət rəsmiləri də iştirak edib.

Allah şəhidlərimizə rəhmət və qazilərimizə tezliklə sağlamlıq versin!

Giperssilka.ru