İmam Sadiq (ə) Universitetindən Azərbaycan İslam Partiyası liderinin həbsi ilə bağlı BƏYANAT

İmam Sadiq (ə) Universitetindən Azərbaycan İslam Partiyası liderinin həbsi ilə bağlı BƏYANAT

Giperssilka "ARAN"a istinadən xəbər verir ki, İmam Sadiq (ə) Universiteti Şəhid Bakiri Dərnəyinin Beynəlxalq Şöbəsinin Azərbaycan Respublikası İslam Partiyasının lideri Hacı İlham Əliyevə qarşı Azərbaycan Respublikası Məhkəməsinin haqsız və məntiqsiz qərarını pisləyən bəyanat verib:

"Bismillahir-Rəhmanir-Rəhim.

"Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Qur’anın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən, O, ürəklərdə olanları bilir". (Şura surəsi, ayə 24)

Son günlərdə təəssüf ki, müsəlman ölkəsində və qardaşımız Azərbaycan Respublikasında islamçılara qarşı artan təzyiqləri görürük. Əvvəlcə, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirinin Şəhid Polad Həşımovun ailəsinə Şəhid Süleymani Yüksək ordeninin verilməsində layiqli fəaliyyətinə qarşı geniş miqyaslı bir hücum başlanıldı. Uşaqlar üçün dini təlimdə məhdudiyyətlər qanunun qəbulu ilə davam etdi. Təəssüf ki, əziz alim və Mücahid, İslam Partiyasının lideri Hacı İlham Əliyevə qarşı ədalətsiz və məntiqsiz bir hökmün verilməsi ilə başa çatdı.
Bu son hərəkətlərdə əksəriyyəti şiə olan müsəlman bir ölkədə islamçılara qarşı şübhəli və səhv təzyiqlərin artırılması, qəsbkar sionist rejimin çirkli izləri çox açıq və danılmazdır. Bu, islamçıların Dağlıq Qarabağın azad edilməsindəki böyük qələbədəki həyati rolunun heç kimdən gizli qalmadığı bir vaxtda baş verir.

İmam Xomeyninin (rəh) mübarək təşəbbüsü ilə bütün dünyaya yayılan Beynəlxalq Qüds Günü günlərini yaşayırıq. Müqəddəs Qüdsün azad edilməsi çox yaxındır. ​  Azərbaycan Respublikasının rəhbərlərinə və məmurlarına bəyan edirik ki, bu hərəkətlər çirkli bir oyunda oynamaqdan başqa bir şey deyildir. Azərbaycan Respublikası bu cinayətkarlardan və onların islam əleyhinə planlarından ən qısa müddətdə qurtulmalıdır. Bu əməlin acı nəticələrini qəbul etməməlidir.

Vəssəlamu əleykum və rəhmətullah!"