İmam Xamenei: "Dövlətlərin məsuliyyəti daha böyükdür" VİDEO

Giperssilka.ru Maide.az-a istinadən bildirir ki, Ali Məqamlı Rəhbər Fələstindən bəhs edən çıxışlarından birində bu mövqeyini ortaya qoyub. Saytın təqdim etdiyi çıxışda İslam İnqilabının Ali Məqamlı Rəhbəri Seyyid Əli Xamenei cənabları mövzuyla bağlı bildirir: "Dövlətin məsuliyyəti böyükdür. Dünyanın hər bir nöqtəsində  alimlər, ziyalılar, elm və incəsənət xadimləri, söz sahibi olan hər kəs məsuliyyət daşıyır. Bu gün Fələstin faciəsi sarsıdıcı və çirkinliyin zirvəsindədir.   

Fələstin xaqlı öz evində qəsbkarları müşahidə edir, onun yaşayışı əlindən alınmış, evi əlindən alınmışdır. Onu öz evində, öz şəhərində və öz diyarında təhqir edirlər. Fələstinli müsəlman gənc cümə namazına getmək istədikdə, onu başdan-ayağa yoxlayırlar, aşağılayırlar, ona hörmətsizlik edirlər və cümə namazı qılmağa qoymurlar. Küçədə bir şübhə ilə üzləşdikdə, müsəlman gənci, müsəlman kişi və qadını təhqir edir, alçaldırlar. Öz evində ona hörməsizlik edirlər, alçaldırlar. Əgər bir söz deyirsə, əgər bir güşədə onun qəzəbi alovlanırsa,  rahatlıqla və heç bir maneə olmadan onun evini tankla dağıdırlar. Bu məzlum xalq özünü müdaifə edirsə, səsini ucaldırsa və İslam dünyasını köməyə səsləyirsə, deməli terrorçudur?"

 

Giperssilka.ru