İmam Xameneidən (r) Fars körfəzinə dair mühüm təlimat

İslam İnqilabın Ali Məqamlı Rəhbəri Seyyid Əli Xamenei (r) cənabları Fars körfəzindəki adalarda sosial infrastrukturun salınmasına dair təlimat verdiyi bildirilir.

İmam Xameneidən (r) Fars körfəzinə dair mühüm təlimat

Giperssilka.ru Yazılımedya-ya istinadən bildirir ki, bu barədə rəsmi “Fars” Xəbər Agentiyi xəbər yayıb. Xəbərə görə, mövzu ilə bağlı ilk açıqlamanı İnqilab Keşikçiləri Korpusunun Donanma Qüvvələri Komandanı kontur-admiral Əli Rza Təhsiri “Mili Fars Körfəzi Günü” münasibətilə körfəzdəkli vəziyyəti dəyərləndirdiyi çıxışında bildirib.

İmam Xameneinin (r) Fars körfəzindəki adalarda mülki əhali üçün yaşayış məskənlərinin salınmasına dair təlimat verdiyini bildirən Təhsiri qeyd edib ki, bu addım İranın bölgədə sülh istəməsinin daha bir nümayişidir.

“Fars körfəzindəki adalarda yaşayış infrastrukturları qurulacaq, adaları insanların yaşayaşı üçün hazır vəziyyətə gətirməyi planlaşdırırıq. Bu, insanların adalarda yaşaması ilə bağlı Ali Baş Komandan (İmam Xameneyi (r), - YM.) tərəfindən verilən bir təlimatdır”,

- deyə SEPAH donanma komandanı bildirib.

Giperssilka.ru