İngilis futbol ulduzu: Quranı hər iki ayda bir dəfə xətm edirəm

İngilis futbol ulduzu: Quranı hər iki ayda bir dəfə xətm edirəm
"Aston Villa" klubunun yarımmüdafiəçisi Mahmud Hassan Trezege

İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi, Misir milli futbol komandasının oyunçusu Mahmud Hassan Trezege bildirib ki, adi vaxtlarda Quranı iki ayda bir dəfə xətm edir.

 

Maide.Az xəbər verir ki, "Youm7"nin məlumatına görə, misirli futbolçu DMC peyk kanalına verdiyi müsahibədə Ramazan ayı boyunca etməyi sevdiyi ən vacib şey namazdır:

 

“Ramazan ayında Quran bir-iki dəfə oxunmalıdır, çünki bu, daha böyük mənəvi zövq verir. Ramazan qaçırılmayan bir fürsətdir və bu ay Allaha yaxınlaşmaq üçün yaxşı işlərə həsr olunmalıdır."

 

Futbol həyatı haqqında danışan Trezege, "Uşaqlıqdan futbolçu olmaq istəyirdim. Əvvəldən çox problemim var idi. İstedad yalnız futbolçu olmaq üçün kifayət deyil. İstedadı az olan, lakin sağlamlıqlarını qoruyan və peşəkar bacarıqlarını gücləndirən bir çox insan məqsədlərinə çatdıqları üçün müvəffəq olurlar və hətta səndən qabaqda gedirlər. Ailəm müvəffəqiyyətimdə əsas amil idi, çünki onlar məni yolumu davam etdirməyə təşviq etdilər. Uğurlarımda kiminsə adını çəkmək istəsəm, atam, anam, qardaşım və bacım deyə bilərəm", - söyləyib.

Giperssilka.ru