İnterpol İranın Trampla bağlı müraciətini qəbul etməyib - YENİLƏNİB

İnterpol İranın Trampla bağlı müraciətini qəbul etməyib - YENİLƏNİB

İnterpol İran hökumətinin ABŞ prezidenti Donald Tramp barəsində “qırmızı xəbərdarlıq”la axtarış elan etmək müraciətini qəbul etməyib.

“Report” “The National”a istinadən xəbər verir ki, bu barədə İnterpoldan bildiriblər.

Lakin İnterpol mövcud hüquqi qaydalara görə hər hansı müdaxilə və ya siyasi, hərbi, dini, yaxud irqi səciyyəli fəaliyyətləri üzərinə götürməsilə bağlı səlahiyyətinin olmadığını açıqlayıb.

Belə bir müraciətin İran tərəfindən gəlməsini təsdiqləməyən təşkilat belə bir şey olsa belə, onu yerinə yetirməyin qeyri-mümkün olduğunu diqqətə çatdırıb.

ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Kuk sözügedən müraciətin təbliğat xarakterli olduğunu, heç kimin ciddi qəbul etmədiyini bildirib.


***15:42

İranın Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Tehran prokuroru Əli Mehr bildirib.

O qeyd edib ki, D.Tramp İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qanadının komandanı Qasım Süleymaninin ölümündə günahkarlardan biridir və dövlətlərarası axtarışa verilən şəxslərin siyahısına salınmalıdır.

Prokurorun sözlərinə görə, Q.Süleymaninin ölmündə 36 nəfərin iştirakı təsbit olunub : “Donald Tramp başda olmaqla onlar terrorçuluq və qətldə ittiham edilirlər”.

 

Giperssilka.ru