İordaniyalı analitik: "İsrail İrana qarşı koalisiya quraraq Ərəb ölkələrini çapıb-talamağa çalışır"

İordaniyalı analitik:

Giperssilka "FNA"-ya istinadən xəbər verir ki, İsrail rejimi baş naziri Binyamin Netanyahu Fars Körfəzi ətrafındakı üç ölkənin prezidentləri ilə əlaqə quraraq iddia edib ki, İran İslam Cümhuriyyətinə qarşı hərbi koalisiya qurulmalıdır. İqtisadiyyat və beynəlxalq münasibətlər professoru Xəlil Əlian İordaniyanın "Əs-Səbil" qəzetindəki bu haqda belə yazır: "Bu koalisiya süni və uğursuzluğa gətirib çıxaracaq ümumi prinsiplərə əsaslanır".

Analitik  bu "koalisiya"nın uğursuzluğunun səbəblərini belə vurğulayır: "İsrail Fələstin ərazilərini işğal etmiş və Ərəb (Körfəz) xalqlarının gözündə təcavüzkar bir dövlət olaraq qalır. Həmçinin Qüds və Məscidül-Əqsanı yəhudiləşdirməyə və iddia etdiyi məbədini onun xarabalıqlarının üzərində qurmağa çalışır. Sionist rejim dil, din, tarix və mədəniyyət baxımından Fars körfəzindəki ərəb millətləri ilə bir araya gələ bilməyəcək xarici bir varlıqdır. Sionist rejim İranla düşmənçilik bəhanəsi ilə öz maraqlarını həyata keçirmək üçün bu koalisiyaya rəhbərlik edəcəkdir. Bu ölkələri dəstəkləmək üçün İranla müharibəyə getməyəcək. Eyni zamanda sionist rejim silahlarını Fars körfəzindəki ərəb ölkələrinə satmağa və onlardan iddia etdiyi koalisiyada istifadə etməyə çalışır.

İranla düşmənçilik sadəcə bir maskadır ki, sionist rejim bu yolla Fars körfəzindəki Ərəb ölkələrinin qaynaqlarını mənimsəməyə can atır. Sionist rejim bu koalisiya vasitəsi ilə Fələstin xalqının paytaxt Qüdsdə bir dövlət qurma hüquqlarını pozmağa çalışır".

Analitik vurğulayır ki, beynəlxalq hüquq sionist rejimin belə bir koalisiya qurmasına imkan vermir. "Çünki sionistlər Fələstindəki, Livanın cənubundakı və Suriyanın Colan bölgəsindəki Ərəb torpaqlarını işğal etmişdir. Habelə Qəzza zolağını mühasirəyə alıb, Fələstin xalqını öldürür və evlərini dağıdır. Şübhəsiz ki, sionistlər və ərəb ölkələri arasında İrana qarşı koalisiya sadəcə Netanyahunun ərəb liderlərini aldatmasıdır. Bu koalisiya müqəddəs və mübarək deyil. Həmçinin bu, Ərəb ölkələrinə zərərdən başqa bir şey gətirməyəcək", - deyə analitik sonda qeyd edib.

 

Giperssilka.ru