İran Fələstində virtual səfirlik açır

Maide.Az xəbər verir ki, İran parlamenti bu gün “sionist rejimin sülh və sabitlik əleyhinə düşmənçilik addımları ilə mübarizə” qanununu təsdiqləyib.

İran Fələstində virtual səfirlik açır
İran Parlamenti

Həmin qanuna uyğun olaraq, ölkənin bütün qurumları ölkənin siyasətlərinə uyğun olaraq  özlərinin regional və  beynəlxalq  potensialından  istifadə edərək işğalçı İsrail rejiminin  Fələstin xalqına qarşı cinayətləri ilə mübarizə aparmalı,  müsəlman ölkələr və İran sionist rejimin  bölgədə və  dünyada  dağıdıcı rolunu ictimaiyyətə çatdırmalı, bu rejimin  terror hərəkətləri,  elektron müharibəsi,  dinc sakinlərə qarşı ağır və qadağan olunmuş silahlardan istifadəsi, Fələstin xalqının mühasirəsi,  şəhərciklərin tikilməsi, fələstinlilərin köçürülməsi, işğalçı rejimin  Suriya, Livan və digər işğal olunmuş ərazilərdəki cinayətləri ilə mübarizə aparmalıdır. 

 

Bundan başqa həmin qanuna uyğun olaraq ölkənin Xarici İşlər Nazirliyi  6 ay müddətində  İran İslam Respublikasının  Fələstində virtiual səfirlik və ya konsulluğunu  yaratmalıdır.  

Maide.az/Giperssilka.ru