İran filmi Oksford Film Festivalında uğur qazanıb

İranın qısa metrajlı "Tənəffüs zəngi" filmi Amerikanın 18-ci Oksford Beynəlxalq Film Festivalında ən yaxşı qısa metrajlı bədii film mükafatına layiq görülüb.

İran filmi Oksford Film Festivalında uğur qazanıb

Giperssilka SəhərAzəri-yə istinadən xəbər verir ki, Amerikanın 18-ci Oksford Beynəlxalq Film Festivalı bazar ertəsi günü qaliblərin təqdimatı ilə öz işinə yekun vurub.

Nəvid Nikxah Azadın çəkdiyi qısa metrajlı "Tənəffüs zəngi" filmi ABŞ-da ilk ekranında 18-ci Oksford Beynəlxalq Film Festivalının müsabiqə bölməsində, Ən Yaxşı Qısa Bədii Film Mükafatını qazanıb.

"Tənəffüs zəngi" filmi ilk beynəlxalq nümayişində Kanadanın 33-cü "Living Skies" Tələbə Festivalında ən yaxşı aktyor mükafatına layiq görülüb, həmçinin bu yaxınlarda Çilidə keçirilən 21-ci Beynəlxalq "CineLebu" Festivalında nümayiş etdirilib.

18-ci Oksford Beynəlxalq Film Festivalı martın 24-dən 28-dək əyani şəkildə keçirilib.

 

Giperssilka.ru