İran orbitə hərbi peyk buraxıb - FOTO

Hərbi peyk, bu gün səhər İranın Mərkəzi səhrasından uğurla buraxılıb.

İran orbitə hərbi peyk buraxıb - FOTO
İranın orbitə göndərdiyi ilk hərbi raket
İran orbitə hərbi peyk buraxıb - FOTO
İran orbitə hərbi peyk buraxıb - FOTO
İran orbitə hərbi peyk buraxıb - FOTO

Giperssilka.ru Maide.Az portalına istinadla xəbər verir ki, İran Islam İnqilabı Keşikçilər Korpusu (Sepah) tərəfindən orbitə  buraxılan ilk hərbi peykin adı "Nur"dur. Peyk “Qasid” peyk daşıyan raketi ilə yerin 425 kilometrliyində yerləşdirilib.

 

Məlumatda bildirilir ki, "Sepah"ın bu addımı İran İslam Respublikası üçün kosmos sahəsində yeni və böyük nailiyyət hesab olunur.

 

Qeyd edək ki, İran kosmosa ilk peykini 2009-cu ildə buraxıb. İslam İnqilabın 30-cu il dönümü münasibətilə orbitə buraxılan ilk peyk elmi məqsədlər, məsələn, ətraf mühitlə bağlı informasiya toplamaq üçün hazırlanmışdı.