İran səfiri Ağdamda gördüyü mənzərədən danışdı

İran səfiri Ağdamda gördüyü mənzərədən danışdı

“Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub, burada heç nə qalmayıb. Məhz bu mənzərəyə görə Ağdam “Qafqazın Xrosiması” adlandırılır”.

Giperssilka “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu bu gün Ağdama səfər zamanı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

İranın işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə və mina axtarışına dəstək verməyə hazır olduğunu söyləyən səfir əminliyini bildirib ki,  bu yerlər yenidən qurulacaq, yeni, gözəl binalar tikiləcək.