“İrana oxumağa gedən qızı mollalar zorlayıb?” - TƏXRİBATA CAVAB

“İrana oxumağa gedən qızı mollalar zorlayıb?” - TƏXRİBATA CAVAB

Başlıqdakı təxribata baxın. Yəni bu cür yalanları yayan KİV-lər bu qədər alçaldı ki, belə alçaq oyunlara da əl atmaq məcburiyyətində qalıblar?

Mən çox vaxt ətrafımdakılara deyirəm ki, bir şeyi eşitdikdə, gördükdə və oxuduqda çalışın araşdırın. Bu da səbəbsiz deyil. Çünki o qədər fitnə yayılıb ki, doğrunu yanlışdan ayırmaq çətinləşib.

Bu məsələ də onlardan biridir. Bu materialda adı keçən Gültəkin Məcidova (real şəxs olduğu şübhə doğurur, - müəl.) adını “Google”da axtarışa vursanız, müxtəlif illərdə eyni materialın müxtəlif saytlarda çıxdığını görərsiniz (Aşağıda bir neçəsinin fotosunu əlavə edirəm, - müəl.). Bu paylaşımlar daha çox şiələr üçün həssas aylarda edilir. Təbii ki, bu da məqsədlidir: ictimaiyyət arasında fikirlərdə çaşqınlıq yaratmaq və şiələrə qarşı mənəvi təzyiqi gücləndirmək.

Bu materialı düzüb-qoşanların 3 əsas məqsədini sezmək olur:

1. Başlığa İranı çıxartmaqla onsuz da İran haqqında birmənalı fikri olmayan Azərbaycan cəmiyyətində İrana qarşı kin yaradaraq bunu gücləndirməkdir.

Amma burada əsas hədəf İran deyil. Fitnəkarların niyyəti hadisənin müqəddəs Qum şəhərində baş verdiyini iddia etməklə,  şiələrin buradakı əsas elmi mərkəzi sayılan təhsil ocağına qarşı nifrət oyatmaqdır.

2. Mətndə məsum İmamın (əf) və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin adını qeyd etməklə, bu iki şəxsin izzətinə dil uzadılıb. "Material" müəllifləri öz aləmlərində şiənin dəyişməz ülvi dəyərlərinə ləkə vurduqlarını güman edirlər. 

3. Elm adamlarının adını belə olmayan çirkin bir hadisədə hallandırmaqla, insanları elmdən uzaqlaşdırmağa cəhd edilir.

Məlum məsələdir ki, bir insanın İrandan, şiələrdən xoşu gəlməyə bilər. Hətta bir şiənin İranı sevməməsi də mümkündür. Məsələ heç İran da deyil. Burada İslamın, Əhli-Beytin (ə) izzətini aradan aparmağa cəhd göstərilib. Belə alçaq, rəzil mübarizə üsulu insanlığa və heç bir əxlaq normasına sığmır.

“Allah tədbir tökənlərin ən yaxşısıdır!” - Ənfal surəsi, 30-cu ayə

Yusif Hacı

Giperssilka.ru