İranda adına küçə verilən erməni kimdir? ARAŞDIRMA-VİDEO

Bir müddətdir ki, soydaşlarımız arasında İranda yeni açılan küçənin adı ətrafında  söz-söhbətlər, yersiz müzakirələr səngimir.

Buna səbəb isə Tehran küçələrindən birinin adına erməni əsilli şəhidlərdən birinin adının verilməsi və hadisənin Azərbaycan oxucularına yanlış istiqamətdə çatdırılması olub. Məsələn, hadisə ilə bağlı “Baku TV”nin video süjetində bəhsi gedən erməni şəhid erməni döyüşçüsü kimi təqdim olunur ki, bu da təbii olaraq azərvaycanlı izləyici də qınağa səbəb olur. Mövzu ilə bağlı Giperssilka.ru  araşdırma aparıb və məsələnin əslini izləyicilərilə bölüşür.

Əslində şəhid Məsihi Andranik Megerdiçyan kimdir?

Materialda səslənən məlumatlar əsasən yanlış olmasa da, kifayət qədər əskik və yetərsizdir. Görünür bu tip materialallar işlənərkən 44 günlük Qarabağ müharibəsindən çıxmış Azərbaycan xalqının heysiyyatı ya nəzərə alınmır, ya da qərəzli şəkildə nəzərə alınır. Əslində isə haqqında bəhs olunan şəxs şəhid Məsihi Andranik Megerdiçyandır. O, kimdir? Görəsən, şəhid Məsihi Andranikin Qarabağ müharibəsində həmvətənlərimizə qarşı döyüşən ermənilərlə bağlılığı varmı?

Tehrandakı küçələrdən birinə adı verilən Məsihi Andranik Məsihi Qovsənəd oğlu Mergediçyan İran-İraq müharibəsində şəhid olmuş erməni əsilli ilk İran vətəndaşıdır. Hicri-şəmsi təqvimilə 5 isfənd 1309-cu il, miladi təqvimilə 24 fevral 1931-ci ildə Tehranda dünyaya gələn Məsihi Andranik 49 yaşında şəhid olub, şəhid olarkən də dini inanc baxımından xristian dininə mənsub olub. Ömründə Ermənistnda olmayan şəhid Andranik müharibə zamanı İranın Xürrəmşəhr və Əhvaz şəhərləri uğrunda gedən əməliyyatlarda 2 avqust 1979-c ildə şəhadətə yetişib. İrandakı Erməni kilsəsinə məxsus Qolzare Şühəda (Şəhidlər Gülüstanı, - red.) adlı şəhidlər xiyabanında dəfn olunub. 

Şəhid Məsihi Andranik 8 illik İran-İraq müharibəsinin iştirakçılarından olub, ancaq Məsihi Andranik Megerdiçyan bu müharibədə dünyasını dəyişən sonuncu erməni deyil. Ondan sonra da onlarla erməni əsilli İran vətəndaşı İran-İraq müharibəsində İslam Cümhuriyyətinin ərazi bütovlüyü uğrunda canından keçib. 

Mövzu ilə bağlı İranın “Gənc Jurnalistlər Klubu” xəbər agentliyinin əməkdaşı küçəyə ad verilməmişdən əvvəl Şəhid Andranikin qardaşı oğlunun ailəsinə baş çəkib, şəhid ailəsindən video reportaj hazırlayıb. Reportajda şəhid A.Mergediçyanın qohumları onun şəhid irsindən məsihi olaraq aldıqları mənəvi əmanəti izləycilərlə bölüşür. 

Bu İran üçün ilk deyil

Qeyd edək ki, İranda hansısa bir küçəyə erməni əsilli İran-İraq müharibəsi şəhidlərinin adının verilməsi halı ilk deyil. Bütün millətlərə və xalqlara hörmətlə yanaşıldığı, xüsusilə də vətən uğrunda canından keçmiş şəhidlərin xüsusi diqqət və imtiyazlara malik olduğu bir ölkədə bu kifayət qədər normal sayılır. Məsələn, İsfahan Bələdiyyəsinin sədri İman Höccəti jurnalistlərə verdiyi müsahibəsində İsfahanda ermənilərin sıx yaşadığı, həmçinin müharibədə şəhid olmuş şəxslərin özlərinin və ya valideynlərinin yaşadığı  küçəyə “Erməni şəhidləri” adı verildiyini açıqlayıb.

İranda bu cür tədbirlər yalnız erməni əsilli məsihilərlə bağlı deyil, hətta digər azsaylı xalqların və dinlərin, o cümlədən zərdüştlərin bu müharibədə şəhid olmuş nümayəndələrilə bağlı da görülüb. Hazırda İran İslam Cümhuriyyətində bir sıra küçələrə digər dinlərin və xalqların şəhid olmuş numayəndələrinin adına verilmiş xeyli sayda küçələr mövcuddur.

Andranik Megerdiçyanın adını almış küçənin əksər sakinləri erməni əsilli İran vətəndaşlarıdır. Buna görə də Tehran Bələdiyyəsi əsasən xristianların qeyd etdiyi yeni ilin başlanması münasibətilə bu məntəqəni seçərək oraya Andranik Megerdiçyanın adını verməyi uyğun bilib.

İslam Cümhuriyyətində şəhidlik məqamına yüksəlmiş xalqlara, millətlərə və dinlərə fərq qoyulmur  

İranda qeyri-müsəlman şəhidlərə, ümumiyyətlə qeyri-müsəlmanlara, xüsusilə məsihilərə kifayət qədər yüksək diqqət vardır. Məsələn, ölkənin birinci şəxsi, Ali Məqamlı Rəhbər İmam Xamenei hər dəfə miladi təqvim ilinin ilk günlərində İslam Cümhuriyyətindəki məsihi şəhid ailərini ziyarət edir, onlarla bayramlaşır, onların problemləri ilə birbaşa maraqlanır. Bu ziyarətlərdə qeyri-müsəlman şəhid ailərinin hansı millətdən, xalqdan olması isə təbii ki, əhəmiyyət kəsb etmir, çünki onlar İslam dəyərləri, İslam Cümhuriyyəti və İslam Nizamı uğrunda şəhid olublar. 

 

Giperssilka.ru