İranda bu gün prezident seçkiləri keçirilir

İranda bu gün prezident seçkiləri keçirilir

Bu gün İranda 13-cü prezident seçkiləri keçirilir.

SalamNews xəbər verir ki, bu gün İranda səsvermə hüququna malik olan 59 milyon vətəndaş prezidentliyə dörd namizəddən birini seçə biləcək.

Seçkilər bu gün səhər saat 07.00-dan etibarən başlayıb.

Prezident seçkilərilə yanaşı Bələdiyyə və "Xubriqan Məclisi" seçkiləri də keçirilir.

Bu seçkilərdə islahatçılara mənsub olan namizəd Əbdünnasir Himməti (Mərkəzi Bankın sədri), mühafizəkarlara mənsub namizədlər isə İbrahim Rəisi (Məhkəmə Hakimiyyətinin sədri), Möhsün Rzayi (Məsləhət Şurasının katibi) və Qazizadə Haşimidir (deputat, Parlamentin Rəyasət Şurasının üzvü).

İranda prezidentlik müddəti dörd ildir və bir şəxs yalnız iki dəfə bu kürsüyə yiyələnə bilər.

İranın İslam İnqilabının Ali lideri Ayətullah Xamenei bu gün sübh Tehranda səs verib və ölkə xalqını seçkilərə aktiv şəkildə qatılmağa çağırıb.

 

SalamNews / Giperssilka