İranda Mossad agentləri ifşa edilərək həbs edilib FOTO/VİDEO 

İran Kəşfiyyat Nazirliyinin Cəsusluqla Mübarizə İdarəsinin baş direktorunun sözlərinə görə, Mossad terrorçularının İranı sabotaj etmək və sabitliyi pozmaq planı pozulub.

Giperssilka.ru TASNİM-ə istinadən xəbər verir ki, İran Kəşfiyyat Nazirliyinin Cəsusluqla mübarizə İdarəsinin baş direktorunun nəzarəti altında "İmam Zamanın (əf) adsız əsgərləri" briqadası İran sərhədləri xaricində geniş əməliyyat keçirib.

Aparılan geniş əməliyyat-kəşfiyyat tədbirləri əsnasında işğalçı İsrail Xarici Kəşfiyyat Xidməti Mossadın bəzi üzvlərinin həbs olunduğunu açıqlanıb.

İran Kəşfiyyatının verdiyi açıqlamada bir çox silah və sursatın ələ keçirildiyi, İranın qərb sərhədindən ölkəyə sızan Mossad üzvlərinin olduğu bildirilir. Kəşfiyyat Nazirliyinin Cəsusluqla Mübarizə İdarəsinin baş direktoru sionist rejimin seçkilər dövründə dəfələrlə ölkənin müxtəlif bölgələrində təxribat əməliyyatları həyata keçirməyə çalışdığını, ancaq İrandan ağır bir zərbə aldığını bildirir.

Giperssilka.ru