İranda prezidentliyə daha bir namizəd seçkiyə girməkdən imtina etdi

İranda prezidentliyə daha bir namizəd seçkiyə girməkdən imtina etdi

İran İslam Respublikasında president seçkiləri üçün qeydiyyatdan keçmiş daha bir namizəd - Səid Cəlili namizədliyini geri götürüb.

Giperssilka “Mehr”ə istinadən xəbər verir ki, o, Seyyid İbrahim Rəisiyə böyük dəstəyi gördükdən sonra ona dəstək vermək qərarına gəldiyini bildirib.

Xatırladaq ki, son bir neçə gündə prezidentliyə namizədlər Əlirza Zakani və Möhsin Mehrəlizadə də seçkidən çəkilmişdi.

Qeyd edək ki, İranda president seçkisi 18 iyunda keçiriləcək. Hazırda 4 namizəd - Məhkəmə sədri Seyyid Ayətullah İbrahim Rəisi, İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, Məsləhət Şurasının baş katibi Möhsün Rzai, deputat Əmirhüseyn Kadızadə-Haşimi, Mərkəzi Bankın keçmiş direktoru Abdünnasir Himməti prezidentlik uğrunda mübarizə aparır.

Səsverməni ilkin nəticələrinin iyunun 19-da açıqlanacağı gözlənilir.

Səsvermə saat 07.00-da başlayacaq 00.00-da başa çatacaq. Əgər ehtiyac olarsa, Ali Seçki Təşkilatı səsverməni iyunun 19-da saat 02.00-a qədər uzadıla bilər.

Məlumata görə, İranda 59 milyon 310 min 307 seçici var. Bu il 1 milyon 392 min 148 nəfər ilk dəfə səsvermədə iştirak edəcək.

Rəsmi olmayan məlumata əsasən, 3,5 milyon seçici ölkə xaricində səs verəcək.

Giperssilka.ru