İRANLI GENERAL HƏQİQƏTPUR: "GENERAL QAANİ DEDİ, KEPKAMLA ERMƏNİ İŞĞALÇILARINI BOĞARAM" FOTO/VİDEO-MÜSAHİBƏ

General-leytenant Hacı Mənsur Həqiqətpur

Qarabağ qazisi, İslam İnqilab Keçikçiləri Korpusu Qüds Ordusunun general-leytenantı Hacı Mənsur Həqiqətpur "Giperssilka.ru"ya Qarabağla bağlı geniş müsahibə verib. Saytın baş redaktoru, araşdırmaçı jurnalist Mehdi Fərəcə müsahibəsində general Həqiqətpur birinici Qarabağ müharibəsində yaşadıqlarından danışıb, bir sıra yeni faktlar açıqlayıb.   

- Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Son Qarabağ müharibəsi başlanandan bir sıra xüsusi anti-təbliğatlar aparılır ki, İran İslam Cümhuriyyəti işğalçı Ermənistana kömək edir, işğalçı ilə yaxşı münasibətlərdədir, Azərbacana qarşı soyuq münasibəti vardır və s. İstədik bu mövzulara aydınlıq gətirəsiniz. Siz şəxsən hansı  illərdə Azərbaycanda olmusunuz və hansı statusla Azərbaycan Ordusuna hərbi xidmət göstərmisiniz?  Lütfən, birinci Qarabağ müharibəsinə müvafiq gələn həmin dönəmdə baş verənləri əvvəldən Azərbacan xaqlına və izləyicilərimizə danışardınız.

- Bismillahir Rahmənir Rahim. Mən əziz, hörmətli bacılara və qardaşlara, Azərbaycana salamımı çatdırıram. O əzizlər ki, Qarabağ yolunda Allaha xatir canlarından keçdilər, özümə vəzifə bilirəm ki, onların ruhlarını yad edəm və salamlayam. Xüsusən də pəhləvan və qəhrəman qardaşıma, şəhid Rövşən Cavadova ki, çox zəhmət çəkdi. Əgər onun zəhmətləri olmasayda, ermənilər ayrı məntəqələri də tuta bilərdilər. Mən görürdüm bu əziz nə qədər candan və şücatələ vətənini müfdafiə edir. 

OMON-nun mərhum komandiri polkovnik Rövşən Cavadov

Çox təəssüf ki, qədrini bilmədilər və Azərbaycanda münafiqlər bu əzizimizi şəhid etdilər. Əgər R.Cavadov kimi  bir neçə nəfər məntəqədə fəal olsaydı, mümkün deyildi ki, ermənilər irəliləyələr. Biz iki dönəm Qarabağda olmuşuq. Birinci dönəmdə Xalq Cəbhəsi (XC) hakimiyyətdə idi və o zaman İran İslam Cümhuriyyəti çox çalışırdı ki, bu münaqişənin qarşısını alsın və sülhü bərqərar etsin. Həmin dövrdə bizim əsgərlərimiz gəldilər Azərbaycana və hərbi məntəqədə növbə ilə Azərbaycan və Ermənistan arasında yerləşdilər ki, tərəflər bir-birinə hücum etməsin. O vaxt hələ Şuşa Azərbaycanın əlində idi və biz məntəqədə  görürdük ermənilər necə gəlirlər. Təəssüf ki, Azərbaycan tərəfi onların qarşısında dayanmırdı və onlar çox az hərbi qüvvə ilə məntəqəyə girir və torpaqları zəbt edirdilər. XC-nin Qarabağın, xüsusən də Şuşanın süqutu ilə bağlı bir planı vardı. Heydər Əliyev hakimiyyətə gələndə Ayaz Mütəllibov da danışıqlar aparmışdı.  Danışıqların ilkin prosesini A.Mütəllov başlamışdı, ondan sonra H.Əliyev də davam etdirdi. Həmin dövrdə də R.Cavadov çox zəhmətlər çəkdi. Biz gəldik Azərbaycan Respublikası Müdafiə Naziri, Parlament Sədri və Prezidenti ilə danışıqlar apardıq və qərara alındı ki, gələk və Azərbaycanda azərilərə təlim verək və oradakı qardaşlarımıza kömək edək ki, müharibəni qələbə ilə başa çatdırsınlar. Əvvəl bir, sonra isə ümumi 3 hərbi hissə bizim ixtiyarımıza verildi. Bizim iki  idarəmiz vardı, biri Müdafiə Nazirliyində, digəri də parlamentdə Rəsul Quliyevin yanında. Biz hər nə iş görürdük,  spiker R.Quliyev və o zamankı Müdafiə naziri Məhəmmədrəfi Məhəmmədova məruzə edirdik. Hər həftə mən Heydər Əliyevlə görüşürdüm və planlarımız barədə həm H.Əliyevə, həm də R.Quliyevə məlumat verərdim ki, onlar da gedişatda olsunlar. Biz müharibənin növünü bilirdik, ərazinin relyefini tanıyırdıq, silahları tanıyırdıq, əsgərlərə də çox gözəl təlimlər keçirdik. H.Əliyev mənə dedi ki, bizim əsgərlər gecə döyüşlərini bilmir, onlara bu təlimləri də keçin. O, məndən belə şey istədi və biz türk dilinə (Azərbaycan türkcəsinə) bələd əsgərlərimizi 2 hərbi hissədə yerləşdirdik. Ümumən Azərbaycanda olduğumuz müddətdə 11 alay olmaqla 6.500 əsgərə təlim keçdik. H.Əliyevlə yayınlanan görünütülərimiz ilk təlimlərimizin görüntüləridir. Həmin ərəfədə H.Əlyev mənə dedi ki, "general Mənsuri, siz mənə əsgər yetişdirməmisiniz, siz bizim üçün pələng yetişdirmisiniz, bunlar çox şücaətlidirlər". Bizim ilk alayımız qışda, qarda ermənilərlə müharibədə elə müqavimət göstərdilər ki, bütün cəbhə xətti boyu imkan vermədilər ki, onlar hətta bir qarış irəli gəlsinlər. Alayımızın yarısı şəhid oldu, amma məntəqəni əldə saxladılar. Biz çox çalışırdıq ki, əzizlərimizə ən yaxşı həbi təlimləri verək və onlar da vətən qeyrətini təhrik edək. Eyni zamanda da paralel olaraq Müdafiə Nazirliyi ilə silah-sursat çatışmamazlığı məsələlərini də müzakirə edərdik. Bizim rəsmilər də bizə səlahiyyət vermişdilər ki, biz Azərbaycana silah yardımları da edə bilək. Biləsuvardan bir yol açmışdıq, MN hər nə istəsəydi, biz TIR-da  gətirərdik Biləsuvara, oradan karvanla silah və sursatları əziz qardaşlarımıza təhvil verərdik. Yadımdadır, bir gün şəhid R.Cavadov Tehrana gəldi, bizimlə, bizim yüksək rəsmilərlə danışıqlar apardı. Dedi ki, əgər bu gün bizə gömək etməsəniz, ermənilər Bakıya qədər gələcəklər. Bizdən mina istədi. İstəyirdik bu minalar Azərbacana tez çatdırılsın. Bunun üçün R.Cavadov bir təyyarə təşkil etdi və o Tehranın Mehrabad aeroportunda endi, onun içini doldurduq mina ilə və Azərbaycan təhvil verdik. Sonra R.Cavadov mənə dedi ki, o minaları biz ermənilərin qabağına düzməsəydik, bizim xeyli sayda kənd və şəhərlərimizi ermənilər alacaqdı. Biz başqa vaxtlarda da bəyan etmişik ki, Azərbaycana kömək etməyə hazırıq. Digər tərəfdən bizim rəsmilər sərəncam vermişdilər  ki, əzizlər nə qədər tələb edirlər, hətta pulları da olmasa, onlara komək edin. Məsələn, R.Cavadovun təyyarəsinə doldurduğumuz minaları pay verdik, pulunu almadıq. Çünki hesab edirdik ki, kömək etməliyik və bunda da israr etdik. Ondan sorna da bəzi şeylər istədilər, biz də çalışdıq ki, anbarlarımızda hə nə varsa, verək. O şeylər ki, bizdə yox idi, mən hətta bunu elədim ki... Azərbaycan MN bizdən RPG istəyirdi, biz bir miqdar verdik, dedilər azdı. Həmin vaxt bizim zavodlarımızda onlar istehsal olunmurdu. Onda mən düşdüm SEPAH-ın canına və onların bütün RPG-lərini aldım və hamısını yığdıq TIR-lara və gətirdik Biləsuvar sərhəddində təhvil verdik. Hər nəki, Azərbaycan MN istəmişdi, orada vardı. Xatırlayıram, biz 30 milyin dollar silah pay vermişdik, bütün bu silahları AR MN-ə təhvil vermişdik. O vaxt biz bilirdik Azərbaycanın vəziyyəti çox pisdi və biz kömək edirdik.

Bunları daşırıq ki, əzizlərimiz bilələr ki, (Qarabağ müharibəsində, - red.) İran İslam Cümhuriyyəti Azərbaycana nə qədər yardımlar edib. Yadımdadır, o video görüntülərimizdə Murovdakı hissəyə diqqət etsəniz, orada zalda bir general oturub, mən zalda danışanda o, da orada oturub, H.Əliyev təlimləri müşahidə edəndə, o, da yanımızda idi, həmin general İsmail Qaanidir, İslam Keşikçiləri Mühafizə Korpusunun Qüds Qüvvələri Ordusunun hazırkı komandanı.

Qüds briqadasının komandiri general İsmayıl Qaani

Digər general SEPAH komandanının müşaviri general Orucdur. İndi görün ki, bizim rəsmi dairələrimiz və məsullarımız Azərbaycana nə qədər diqqət göstərirdilər. Hətta xatırlayıram, bizə dedilər ki, ermənilər irəliləyirlər. General Qaani, Genaral Oruc və mən birlikdə müzakirə etdik və MN-ə dedik ki, bizi cəbhə xəttinə aparın. İstəyirdik lap ön xəttə gedək, görək ermənilər necə qabağa gələ bilir və sizə də nə etməli olduğunuzu deyək. Biz alayla getdik bir məntəqəyə, orada hekilopterdən düşdük. Fikrimcə, həmin məntəqə Horadiz idi. Qərarlaşıldı ki, bizi bir ciplə təmas xəttinə aparsınlar və təmas xəttində baxaq görək ermənilər necə gəlir qabağa. Biz eşitmişdik ki, ermənilər tankın səsini yazıb maşının üstündə maqnitofana qoyurlar, qarşı tərəfdə də azərbaycanlılar elə bilir ki, tank gəlir, müqavimət göstərməyib geri çəkilirdilər. Orda biz başladıq ciplə qabağa getməyə. Təmas xəttinə 500-600 metrə qalmış bizim cipimiz palçıqda yerə batdı, hərəkət eləmədi. Mən, Sərdar Oruc və General Qaani cipdən düşdük və başladıq piyada getməyə. 50-100 metrə irəliləmişdik ki, cip yüngülləşəndən sonra palçıqdan çıxmışdı və gəldi irəli, həmin vaxt partladı. Başa düşdük ki, bu həmin ərazlərdir ki, azərbaucanlılar minalayıblar, amma heç bir əlamət qoymayıblar. Gəlib çıxmışıq minalanmış ərazinin düz ortasına, amma bəxitimiz gətirib ki, o palçıq maşınımızı irəli getməyə qoymayıb. Biz düşəndən sonra maşın yüngülləşdi və irəlilədi, irəli gedəndə də minaya düşdü və parça-parşa oldu. Onda bəxtimiz gətirdi, getdik irəliyə, erməni görmürdük. Soruşduq, bəs hanı ermənilər? Yadımdadır, general Qaani kepkasını çıxarıb dedi: “Əgər erməni tankı gəlsə, bu kepkamla onu boğaram”.  Mən soruşdum “necə?”. Dedi:  “Kepkamı ataram tankın trimpleksinin (tank sürücü-mexanikinin yolu görməsi üçün cihaz, - red) qabağına, sürücüsü bilməz ki, tankı hara sürsün”. 

Biz belə işləri məntəqədə dərindən həyata keçirmişik. Heç kim iddia edə bilməz ki, bizim bu yardımlarımız olmayıb. Bizim əlimizdə bu dediklərimizə dair 200 saatlıq video görüntülərimiz var, ondan indiyə kimi ancaq 2 dəqiqəlik görüntü yayınlanıb. Hər kimin etirazı olsa, yenə də yenilərini yayınlayarıq. Minlərə fotolarımız və  sənədlərimiz var.

Şəhid Rövşən Cavadovun mərifətini, ədəbini və şücaətini yad edirik ki, bu işə o, kömək edib, bir hadisəni də qeyd etmək istəyirəm. Bizim gördüyümüz ən böyük işlərdən biri də bu idi ki, 2.000 nəfər mücahid əfqanlını 3 məntəqədən toplayıb Bakıya gətirdik, onlara orada görəcəkləri işlərlə bağlı istiqamət verdik. Onlar  ermənilərlə təmas xəttində dayandılar və müqavimət göstərdilər. İnsafən də yaxşı müqavimət göstərdilər, onlardan neçə nəfəri də müharibədə yaralandı. 

Əfqanlıların yanında mən xəcalətliyəm, çünki o güllələr ki, əfqanlara dəydi, onlar qabaqdan deyil, arxadan dəydi, onları ermənilər vurmadı. Cəbhədə əsgərlərin arasına qarışan xalq cəbhəsinin adamları bizim əfqanları arxadan vururdular. Bu əzizlər mənə deyirdilər ki, biz nə edək, biz ermənilərdən qorxmuruq, bəziləri bizi arxadan vurur.       

- Hacı, demək istəyirsiniz ki, o zaman Xalq Cəbhəsinə mənsub qüvvələr Azərbaycan tərəfdən döyüşən əfqan döyüşçülərini arxadan vururdu?

- Bəli, bəli.

- Bəs bu haqda Azərbacanın o zamankı rəsmilərinə məlumat vermişdinizmi? 

- Bəli, biz onlara deyirdik ki, bizim əzizlərimizi arxadan vururlar, qabaqdan vurmurlar. Belə hadisələr səbəb olur ki, Azərbacan edə bilmirdi ki, döyüşdə irəli getsin, Qarabağı azad etsin. Əgər Xalq Cəbhəsinin qoşunu Şuşanı boşaltmasaydı, onlar Şuşanı ala bilməzdilər. Əgər Xalq Cəbhəsinini qoşunu kömək etsəydi, Xocalıda o hadisələr yaşanmazdı. Bəziləri istəyirlər ki, Qarabağ hadisəsindən özləri üçün siyasi mənfəətlər qazansınlar, o cümlədən Xalq Cəbhəsi. Bizi ən çox düşündürən mövzulardan biri də bu idi ki,  azərbaycanlılar xalqı səfərbər edələr və Qarabağ müqavimət yolu ilə azad edələr, biz belə əzizlərdən çox az gördük. Hiss etdik ki, azərbaycanlıların təhlilləri və yekun sözləri bu oldu ki, Amerikanın, İsrailin, Türkiyənin və digərlərinin siyasi və digər imkanlarından istifadə edələr və Qarabağı azad edələr. Minsk qrupunun sözlərinə inandılar. Elə bildilər ki, Minsk qrupu Qarabağı azad edəcək və Azərbaycana təhvil verəcək. Biz hazır idik, hər sənədimiz də hazır idi ki, işlərimizi genişləndirək, 3 hərbi hissəmiz var idisə, bu sayı 5, 6 edək. Biz ayrı sahələrdə də yardım etməyə çalışırdıq. Məsələn, çox istəyirdik ki, Azərbaycan özü zireh istehsal və təmir edə bilsin, belə işləri Bakıda görə bilək və qoymayaq ki, Azərbaycanın topxanası, tankları yatsın. Əvvəli yaxşı başladı, amma sonra çox can yandırılmadı. Mənim H.Əliyevlə çox söhbətlərim olub ki, indi bunları danışmaq məsləhət deyil, lazım olsa, başqa vaxt danışacam. Ancaq ABŞ, İsrail və Türkiyə istəmirdilər ki, İranın qoşunu məntəqədə olsun və biz Azərbaycana kömək edək. Bizim qoşunumuzun etiqadı vardır. Yəni biz Azərbaycana işləməyə getməmişdik, cihada getmişdik.  O söz ki deyilir “Qarabağ İslam torpağıdır”, onu biz formalaşdırmışıq. Qoşunlarımıza da demişik ki, əgər bu döyüşlərdə sizə bir şey olsa, şəhidsiniz. İnsafən, bizim qardaşlarımız Qarabağda candan, ürəkdən, qeyrətlə döyüşdülər. O alaylar ki, biz təlimlər keçmişdik, onlar ən ağır şəriatdə müharibə apardılar, hətta  əzizlərimiz razı oldular ki, şəhid olsunlar, amma geri çəkilməsinlər. 

Biz rəsmi şəkildə cəbhəyə getmişdik. Bu (göstərir) MN-nin mənə verdiyi vəsiqədir ki, bütün Azərbaycana məni General Mənsur kimi tanıtdırır və bununla mən hər yerə gedib-gələ bilirdim. O xəncərlər ki, deyirlər bizə hədiyyə olunub, bir-ikisini sizə göstərmək istəyirəm. Bunlar bizə Azərbaycanda müharibə zamanı verilən hədiyyələrdir. Bu da qızıl xəncərdir ki, oradakı əzizlər veriblər.

Mənim yadımdadır, son toplantılarımızın birində H.Əliyevə, o zaman İ.Əliyev Moskvada idi və proseslərdə yox idi,  dedim ki, biz edə bilərik sizə kömək edək və bu yolla Qarabağı azad edə bilərsiniz. Həqiqətən azad edilərdi. 5-6 alay yaxşı hazırlansaydı, bizim verdiyimiz təlimatlara əsasında Qarabağı azad edə bilərdilər. 3 hərbi hissədə təlimlər keçir, silah və sursatlar təmin edirdik, bunlarla yanaşı İmişli rayonunda 100 min nəfərə yemək, içmək, su, çörək, tibbi ləvazimatlar təmin edirdik, onların məscidlərini, küçələrini bizim əzizlər Parsiabaddan gəldilər və 100 min nəfər üçün bu imkanlar yaradıldı. Biz Azərbaycanda Rövşən Cavadovdan (rə) başqa əksər məsulları ciddi görmədik ki, Qarabağın azad edilməsinə iradə edələr. Mən Suriyanın əhali naziri ilə söhbətimdə ona bildirdim ki, əgər istəyirsənsə Suriya əldən getməsin, gəl orada “Bəsic” (yerli xalqdan ibarət könüllülər ordusu) yaradaq. Eyni modelllə ki, İmam Xomeyni (rə) İranda qurub. Onlar qəbul etdilər və Şəhid Qasim Süleymaninin köməyilə Suriyada Bəsici quruldu. İraqda da eyni qaydada Həşdüş-Şəbinin qurulmasına Hacı Qasim Süleymani kömək etdi. Yəməndə də eynilə Ənsarullaha camaat kömək etdi. O zaman ki, camaat, xalq özü səhnəyə çıxır, düşmən geri oturur. Azərbaycanda bu model tətbiq olunmadı, biz dedik ki, hazırıq gələk sizin üçün Bəsic quraq. Azərilər hər yerdə azəridir, bu tərəfdə azərilər “Aşura Ordusu”nu yola saldılar, bizim müharibəmizdə (İran-Iraq müharibəsində, - red.) ən yaxşı nəticələri ortaya qoydular. Siz də bunu edə bilərdiniz, biz də sizə bu işdə kömək edərdik. Eləmədilər. Düşünürdülər ki, İsrail var, gəlib Qarabağı azad edəcək. Ərdəbilin valisi olanda İlham Əliyevlə son söhbətimizdə o, çox narahat idi və deyirdi ki, biz Amerikanı qəbul etmirik. Bilmirdi ki, bizim yardımlarımız bir nemətdi. Amerika sizin ancaq neftinizi istəyirdi. Torpağınızı ancaq ona görə istəyir ki, gəlsin orda öz bazalarını qursun. Amerikanın əsas planları budur; Qarabağı azad etsinlər, bacarsalar, müstəqil ölkə etsinlər və çox rahat şəkildə ABŞ-ın müdafiə nazirliyi - Pentaqon və İsrail gəlsin bu məntəqədə həmişəlik yerləşsinlər. Bunların son planları budur. Hal-hazırda da bir sıra terrorçuları gətiriblər məntəqəyə. Biz bunlara əminik:

1. Qarabağ qanuni, şəri və təbii olaraq Azərbaycanın haqqıdır. Heç kimin haqqı yoxdur ki, bu haqqı Azərbaycandan ala.

2. Ermənilər təcvüzkardırlar və bu bölgəni tərk etməlidirlər. 28 ildir ki, bu torpaqlar işğal altındadır, Ermənistanın boğazından tutub alınmalıdır.

3. Bunlar bizim etiqadımızdır. Biz Qarabağı müqəddəs torpaq bilirik. Qarabağ  müqəddəs torpaqdır, amma indi nigaranıq. 

Nüsra Cəbhəsi və İŞİD terror ünsürləri bu bölgəyə gəlsə, bu iş çox çətinləşəcək. Bundan narahatıq və Azərbaycandakı əzizlərimə deyirik ki, o bərəkət ki, Allah Azərbaycan xalqına verib, siz o bərəkəti tanımırsınız. O bərəkətə inanmaq, etimad etmək lazımdır. Bu bərəkəti dayaq etməlisiniz və onunla irəli getməlisiniz, Allah da bərəkət verər, İslam Müqaviməti də sizə kömək edər. Bir şərtlə ki, Azərbaycan rəsmiləri istəyələr, meydana daxil olalar, sadiq və ixlaslı şəkildə irəli çıxalar.  Belə olmaya ki, Azərbaycanın müdafiə naziri mənim yanımda olanda mənə deyə ki, siz niyə Ermənistana kömək edirsiniz. Dedim, ay rəhmətliyin oğlu, bizə müharbədə Ermənistana kömək etmək haramdı, eyni zamanda sən ki görürsən ki, mən sənə kömək edirəm, sənin yanından Tehrana zəng vururam ki, “göndərin”. Görürsən ki, təyyarə ilə sizə silah göndəririk, bu köməklərdə israrımız var. Ümidvaram ki, Azərbaycanda olan rəhbərlər yaxşı işləsələr, adları tarixdə xoş, pis işləsələr, pis yazılacaq. Necəki xalq cəbhəsinə pis yazıldı, onlara xain deyildi və yazıldı. İndiki müharibədə bir nəfər də nazir, bir nəfər də millət vəkili hələ də hərbi paltar geyinməyib. Niyə geyinmirlər? Hərbi paltar geyinin, gedin döyüş bölgələrinə, təmas xəttinə. Balalarınızı göndərin cəbhəyə. Bizim nə qədər böyüklərimizin uşaqları, Rəhbərimizin nə qədər nümayəndəsi müharibə vaxtı şəhid oldu. Diqqətli olun, xalq müsəlmandı, şiədi, bunların  qeyrəti var, bunların Hüseynləri, Əbəlfəzlləri var. Bunlar qeyrətli, namus saxlayan, torpaq saxlayan adamlardır, bunlardan istifadə edələr. Bizim də əlimizdən hər nə gəlsə, kömək etməyə hazırıq. Bizim rəsmi qurumlarımız və rəhbərlərimiz göstəriblər ki, Azərbaycana nə qədər təəssübləri var. 30 ildir biz yol vermişik, hal-hazırda bizim yolumuz olmasa, Naxçıvan süqut edər. Biləsuvardan, Astaradan gəlib rahat, öz torpaqları kimi keçib gedirlər Naxçıvana. Müharibə zamanı biz yolu açdıq, mühasirədə olan qoşunlar, tanklar, əsgərlər bizim torpaqlarımızdan gəlib keçdilər. Şəxsən mən özüm bu işi görmüşəm. Biz fəxr bilirik ki, qardaşımıza kömək edək və Qarabağı qaytaraq. Qarabağ İslamınkı, Azərbaycanınkı bilirik. Yenə də Azərbaycan rəsmiləri istəsələr, hazırıq bu işdə kömək edək. Bəziləri deyirlər ki, müzakirə yolu ilə alınsın. Hazırda 28 ildir Minsk qrupu bu müzakirələri aparır, niyə cavab vermirlər? Niyə bu məsələni həll etməyiblər? Bu göstərir ki, müzakirə Azərbaycan və onun xalqının xeyrinə deyildir. Əgər bölgədə qüdrətli olmasaq, bizi yeyərlər. Necəki nəinki Qarabağı, üstəlik ətrafdakı 7 rayonu da tutublar, deyirlər bunlar da  bizimdir. Ermənistanın baş naziri İranda bir çıxış etdi, dedi Qarabağ bizimdir. Mən ona cavab verdim ki, cənab baş nazir, sizə tarix oxumaq lazımdır; “Qarabağ Azərbaycanındır, tarixi yaxşı oxusanız, İrəvan da İranındır, diqqətli ol, çaşma! Düz danış!”.  Mənim xahişim budur ki, Azərbaycanda hazırda fədakar insanlardan ibarət dərya var, o öz yerində, bu dəqiqə Pakistanın Suriya və İraqda döyüşçüləri, Həşdüş-Şəbi hazırdır gələ Azərbaycanın köməyinə. Çoxlu belə qüvvələr var ki, hazırdılar ki, gələlər və kömək edələr. Bunlar terrorçu deyillər, bunlar mücahiddirlər. Bunlar sizdən ayda 5.000 dollar pul istəməyəcəklər. Bunların istəyi budur ki, cihadda iştirak etsinlər. Bunlar Suriyaya, İraqa kömək etdilər, indi də Yəmənə kömək edirlər. Ümidvarıq ki, müvəffəq və qalib olarsınız. 

Arzum budur ki, Azərbaycan Qarabağı qeyrətli Azərbaycan müsəlmanlarının əliylə azad edə. Arzum budur ki, bəzi ölkələr regionumuzda qumar oyunu başlayblar, o qumarda uduzmayaq. Azərbaycan ona təzyiq edilənlə deyil, milli iradə ilə Qarabağda müharibə etməlidir, Allah da yardım edəcək, biz də, İslam dünyası da xidmətlərindəyilk.   

- Cənab general, təfərrüatlı və bir sıra yeni məlumatlar bölüşdünüz, bir daha həm bu baxımdan, həm də dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edir, Azərbaycanın haqq işində göstərdiyiniz xidmətlərə görə sizlərə minnərdarlığımızı bildiririk.

Qeyd edək ki, Hacı Mənsur Həqiqətpur hərbi fəaliyyəti ilə yanaşı İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, İran parlamentinin sabiq deputatı, Ərdəbil vilayətinin keçmiş valisi kimi vəzifələr icra edib. Hazırda General Həqiqətpur Tehran Unversitetində mühazirələr oxumaqla yanaşı Ali Məqamlı Rəhbər İmam Xameneinin (rə) müşaviri Əli Laricaninin yardımcısı kimi də fəaliyyət göstərir.

Giperssilka.ru