İraqda ABŞ vertolyotuna raket zərbəsinin görüntüləri yayıldı - VİDEO

Eastnews.org-un verdiyi xəbərə görə, İraqda “Həşd Şabi”nin sabiq komandiri ABŞ tərəfindən qətlə yetirilən Əbu Mehdi əl-Muhəndisin qisasını almaq üçün təşkil edilən yeni briqadanın ABŞ hərbçilərinə qaşı keçirdiyi hücumun görüntüləri yayımlanıb.  

Bu barədə İraq fəalları sosial şəbəkə hesablarında məlumat verib.   Məlumata əsasən, "Mehdi Mühəndisin Qisası” adlanan qruplaşma Daşınan Zenit Raket Kompleksi ilə aprlin 17-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “CH-47 Chinook” vertolyotuna raket zərbəsi endirib.   Hadisə barədə ətraflı məlumat verilmir.  

Giperssilka.ru