İraqda diplomatik qalmaqal: AB-nin LGBT təbliği ciddi etirazlarla qarşılanıb FOTO

İraqda diplomatik qalmaqal: AB-nin LGBT təbliği ciddi etirazlarla qarşılanıb FOTO
Seyyid Əmmar əl-Həkim

Giperssilka.ru yerli KİV-lərə istinadən xəbər verir ki, mayın 17-də Avropa Birliyinin İraqdakı diplomatik korpusunun rəsmi nümayəndəliyi üzdəniraq LGBT bayrağını açması ciddi etirazlar doğurub. Daha sonra analoji addımı Britaniya və Kanadanın Bağdaddakı səfirlikləri də atıb. 

Yaranmış vəziyyətlə bağlı İraq rəsmi və qeyri-rəsmi dairələrindən etirazlarlar dalğalanmağa başlayıb. İraq Ali İslami Şura sədri Seyyid Əmmar əl-Həkim bəyanatla çıxış edərək ölkəsində homoseksualizm təbliğinin İraq xalqının ənənələrinin və inancının kobud  şəkildə tapdalanmasıdır.

“İraqdaki diplomatik korpusların belə bir addım atması, özü də müqəddəs Ramazan ayında, bu İraq xalqına və onun dininə hörmətsizlikdir. Biz bu axmaq addımı müzakirə edirik və tələb edirik ki, bu addımı atanlar yerləşdikləri ölkənin diplomatik və dini dəyərlərinə hörmətlə yanaşsınlar”.

Müqəddəs Nəcəfdə yaşayan mərcəyi-təqlid şeyx Əli Bəşir Nəcəfinin oğlu Bəşir Əl-Nəcəfi Briytaniya və Kanada səfirliklərinin atdığı analoji addımları pisləyib, bunu İraq xalqınıın dini dəyərlərinə zidd addım kimi qiymətləndirib. 

    İraq parlamentinin spikerinin birinci müavini Həsən Əl-Kəəbi hadisə ilə bağlı yerli agentliklərə verdiyi açıqlamasında bildirib:

“Bu İraq xalqının toxunulmaz dəyərlərinə və normalarına edilmiş hücumdur. Bu İraq xalqının hesiyyatı ilə oynayıb onu təxribata çəkməkdir. XİN bu işdə öhdəsinə düşən məsuliyyətli və cavabdeh rolunu oynamalıdır. Digər ölkələrin adət-ənənələrinə hörmət diplamatik fəaliyyətin ilk şərtidir. Biz onlardan tələb edirik ki, bizim dəyərlərimizə hörmətlə yanaşsınlar”.

    Durumla əlaqədar Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin də reaksiyası gecikməyib. M.Sədr bir qədər əvvəl yaydığı bəyanatda bildirib: “Belə bir bayrağın qaldırılması Qərbin ateist, əxlaqsız və zərərli vərdişlərinin bizim İslami cəmiyyətimizə gətirilmə cəhdidir”

Hal-hazırda İraqdakı bütün dairələrdən etirazlar gəlməkdə davam edir.
    Giperssilka.ru