İraqda 'Həşd Şabi' komandirləri qaçırılıdı, irqalılar küçələrə axışdı VİDEO

Ötən gün İraq antiterror qüvvələri Bağdadın şimalında yerləşən Dora məntəqəsində “Həşd Şabi”nin tərkibində olan “Kətaib Hizbullah” hərəkatının qərargahına basqın edərək, 13 nəfər hərbçi və komandiri qaçırıb. 

 İraq əhalisi “Həşd Şabi”yə edilən hücumdan sonra silahlarla küçələrə çıxaraq, etirazlarını bildiriblər. 

 “Həşd Şabi” qüvvələrinin də Bağdad küçələrinə axışdığı qeyd edilir.   İraq “Hizbullahı”nın Bağdad şəhərinin mərkəzində terrorla mübarizə mərkəzinin binasını mühasirəyə aldıqdan sonra saxlanılan “Həşd Şabi” üzvləri və komandirlərinin sərbəst buraxıldığı bildirilir. 

 İraqda “Həşd Şabi” komandir və hərbçilərinin saxlanmasından sonra iraqlılar baş nazir Mustafa Kaziminin ABŞ-a xidmət etdiyini açıqlayıb.   

Xatırladaq ki, İraq antiterror qüvvələrinin ABŞ hərbçilərinin koordinasiyası ilə “Həşdi Şabi” üzvlərini saxladığı bildirilir. 

Eastnews.org/Giperssilka.ru