İraqda iğtişaş törədənləri Corc Soros maliyyələşdirib?

İraqlı jurnalist amerikalı milyarder-investor Corc Sorosa məxsus bir şirkət vasitəsi ilə ABŞ kəşfiyyat xidmətinin İraqda etibarsızlıq və iğtişaş yaratmaqda rolunun olduğunu bildirib.

İraqda iğtişaş törədənləri Corc Soros maliyyələşdirib?
Amerikalı milyarder Corc Soros

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraqlı jurnalist və yazar Əli Fahim şəxsi Tvitter səhifəsində bunları yazıb: “İraqdakı son etirazların ABŞ kəşfiyyat xidməti tərəfindən vətəndaş cəmiyyəti fəalları adlandırılan bəzi yerli muzdlularla razılaşdırıldığına dair əsaslı sübutlar var.

 

Bu aksiyalar amerikalı milyarder Corc Soros tərəfindən Beynəlxalq Böhran Qrupu adlı bir şirkət vasitəsi ilə reallaşıb.

 

Bütün bu hərəkətlərin məqsədi, xüsusən şiə sakinlərinin üstünlük təşkil etdiyi Əl-Həşduş Şəbi qüvvələrini aradan qaldırmaq üçün İraqı yeni bir böhrana salmaqdlr.

 

Bu plan və sui-qəsddə iraqlı gənclərin bu çirkli planda istifadə edilməsinə çalışıldı və müqavimət komandirlərini hədəfə alması bu baxımdan ən yaxşı sübutdur”.

Giperssilka.ru