İraqda İŞİD liderlərindən biri ələ keçirildi

İraqda İŞİD liderlərindən biri ələ keçirildi

İraq Kürdüstanının Peşmərgə qüvvələri Süleymaniyyə əyalətinin cənubunda yerləşən Hələbcə şəhəri yaxınlığında anti-terror əməliyyatı keçirib.

Giperssilka.ru "Rasthaber"ə istinadən xəbər verir ki, əməliyyat zamanı İŞİD terror təşkilatının liderlərindən biri ələ keçirilib.

Həmçinin Hələbcə və yaxınlıqdakı ərazilərdə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər də tutulub.

Əməliyyat İŞİD terrorçularının son zamanlarda artan fəallığının fonunda baş tutub.