İraqdakı ABŞ qoşunlarının çıxarılması üçün ilk addım atıldı

ABŞ və İraq razılığa gəldi

İraqdakı ABŞ qoşunlarının çıxarılması üçün ilk addım atıldı

ABŞ və İraq rəhbərliyi yaxın aylarda ABŞ-ın İraqdakı hərbi güclərinin azaltmaq barədə razılığa gəlib. 

 

Maide.Az “Anadolu”agentliyinə istinadla xəbər verir ki,  İki ölkə birgə bir bəyanatla çıxış edərək, ABŞ əsgərlərinin İraqdan çıxarılacağına söz veriblər.

 

Birgə bəyanatda ABŞ-ın İraqda daimi bazalar və ya daimi bir hərbi yer qurmağa çalışmadığı və ya tələb etmədiyi bildirilib.

 

"İŞİD təhlükəsinin aradan qaldırılması istiqamətində əldə edilmiş əhəmiyyətli irəliləyişlər fonunda, ABŞ önümüzdəki aylarda İraqdakı qoşun sayını azaltmağa davam edəcək və qalan qüvvələrin vəziyyəti ilə bağlı Bağdad rəhbərliyi ilə müzakirələrini davam etdirəcək”. 

 

Digər tərəfdən, İraq bir sıra raket hücumlarından sonra ABŞ qoşunlarının yerləşdiyi bazaları qorumağa söz verib.

 

Vaşinqton rəhbərliyi, Baş nazir Mustafa əl-Kazıminin hökumət proqramını, ölkənin yenidən qurulmasını və İraq xalqının tələblərinə uyğun şəffaf və ədalətli bir seçimi dəstəklədiyini bildirilib. 

 

Qeyd olunur ki, ABŞ Bağdad hökuməti ilə İraqın iqtisadi sahədə dəstəklənməsi üçün işləmək üçün məsləhətçilər verəcək.

 

Qeyd edək  ki, İraqın baş naziri Mustafa Əl-Kazımi cümə günü (12 iyun) verdiyi açıqlamasında, Bağdad-Vaşinqton danışıqlarının İraq üçün böyük bir uğur olduğunu söyləyib.

 

ABŞ-ın bütün qoşunlarının İraqdan çıxarılmasını və İraqdakı bütün bazalarının ləğv edilməli olduğunu vurğulayan Əl-Kazımi, belə deyib: “Bu danışıqlarda mühüm nəticələr əldə edə bildik”.

Giperssilka.ru