İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşdü YENİLƏNİB FOTO/VİDEO

Mayın 16-da İraqın baş naziri Mustafa Əl-Kazımi Əl-Haşduş Şəbi təşkilatının Bağdaddakı qərargahına ziyarət edib.

İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşdü YENİLƏNİB FOTO/VİDEO
İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşü
İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşdü YENİLƏNİB FOTO/VİDEO
İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşdü YENİLƏNİB FOTO/VİDEO
İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşdü YENİLƏNİB FOTO/VİDEO
İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşdü YENİLƏNİB FOTO/VİDEO
İraqın baş naziri Əl-Haşduş Şəbi rəhbərliyi ilə görüşdü YENİLƏNİB FOTO/VİDEO

Giperssilka.ru görüşdən hazırlanmış rəsmi video materialları diqqətə çatdırır.  

İraq Nazirlər Kabinetinin görüşdən hazırladığı reportaj

İraq milli televiziyasının reportajı

Giperssilka.ru

 

2020-05-17 11:48:18

Deyerler.org Əl-Youm-a istinadən xəbər verir ki, Mustafa Əl-Kazımi bu gün (16 may) Əl-Haşduş Şəbi təşkilatının rəhbəri Faleh Əl-Fəyyazla görüşüb.

 

Bu, Əl-Kazıminin Əl-Haşduş Şəbi təşkilatının rəsmiləri ilə mayın 7-də İraqın baş naziri vəzifəsinə başlamasından sonra ilk görüşüdür.

 

Bəzi çevrələrə bir mesaj olan ziyarət, Əl-Həşduş Şəbi ilə bağlı yayılan söz-söhbətlərə və gözləntilərə də cavab idi.

 

Baş nazir Mustafa Kazıminin ziyarət əsnasında Falih Fəyyaz tərəfindən hədiyyə edilən Əl-Həşduş Şəbi gödəkçəsini də geyməsi diqqətə səbəb olub.

 

Əl-Kazıminin ziyarətindən çəkilən xatirə fotoşəkillərində, Əl-Həşduş Şəbinin heyətində diqqətəlayiq bir şəxsin də bu görüşdə iştirak etdiyi görünür. Bu şəxs Əbu Mehdi Əl-Mühəndisin şəhid olmasından sonra Əl-Həşduş Şəbinin komandir müavini təyin olunan Kətaib Hizbullahın liderlərindən Əbu Fədək Muhəmmədəvidir.

Deyerler.org/Giperssilka.ru