İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

Çərşənbə axşamı Rusiya Federasiyası Cənub dairəsi hərbi məhkəməsinin qərarı ilə İŞİD üzvünə 318 min rubl ötürmüş Dağıstan sakini Əli Əliömərov üç il müddətinə azadlıqdan məhrum edilib.  

SalamNews-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə məhkəmənin nümayəndəsi məlumat verib.

Məhkəmə müəyyən edib ki, Əliömərov 30 sentyabr 2016-cı il və 31 iyul 2017-ci il tarixlərində Moskvada İŞİD üzvü ilə iki dəfə görüşərək ona 318 min rubl vəsait ötürüb.

Fakt üzrə “Terror fəaliyyətinə dəstək” maddəsi üzrə cinayət işi açılmışdı. Təqsirləndirilən şəxs öz günahını tam boynuna alıb.

 

Salamnews / Giperssilka