İŞİD İraqda "Həşd Şabi"yə hücum etdi -Foto/Video

İŞİD İraqda
İŞİD İraqda "Həşd Şabi"yə hücum etdi 01.05.2020
İŞİD İraqda
İŞİD İraqda
İŞİD İraqda
İŞİD İraqda

Eastnews.org-un verdiyi xəbərə görə, bu gün İraq ordusu və "Həşd Şabi" qüvvələri İraqın Samirra şəhəri ətrafında yerləşən Mikşifa kəndində İŞİD terrorçularının hücumuna məruz qalıb.  

Məlumata əsasən, şiddətli döyüşlər nəticəsində “Həşd Şabi” qüvvələri sıralarında itkilər olsa da hücum edən İŞİD terrorçuları məhv edilib.   İŞİD terrorçularının fikir yayındırmaq üçün əkin sahələrini yandıraraq hücum etdiyi qeyd edilir.  

İŞİD terrorçuları ilə döyüşlərin 3 saat davam etdiyi bildirilir. Terrorçuların hücumunun dəf edilməsindən sonra qaçan terrorçuları aşkar edib məhv etmək məqsədilə İraq ordusunun xüsusi təyinatlıları və “Həşd Şabi”nin 35 briqadasının hərbçiləri Samirra şəhəri ərazisinə daxil olublar.  

Digər məlumata əsasən, İŞİD terrorçularının hücumu nəticəsində Samira şəhərində yerləşən sünni müsəlmanlardan təşkil olunan “Həşd Şabi” qüvvələrinin 41-ci briqadasının 10-dan artıq üzvü qətlə yetirilib.  

Xatırladaq ki, İŞİD terrorçularının hücumlarından bir müddət öncə Samirra şəhəri səmalarında ABŞ və koalisiya qüvvələrinə məxsus PUA-ların uçduğu iddia edilib.  

Giperssilka.ru