İŞİD İraqın şimalında iki kəndə hücum edib, ölənlər var

İŞİD İraqın şimalında iki kəndə hücum edib, ölənlər var

İŞİD terror təşkilatı ötən gecə İraqın şimalında Ərbil əyalətinin əl-Məxmur rayonunda iki kəndə basqın edib. Ölənlər var.

Giperssilka SalamNews-a istinadla xəbər verir ki, bu barədə əl-Məxmurda yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, İŞİD gecə saatlarında əl-Məxmur rayonunun Dibkə nahiyəsində iki kəndə müxtəlif silahlarla o cümlədən, zirehli texnika əleyhinə qumbara atan RPQ-lərlə hücum edib.

Burada mülki şəxslərdən çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, terror təşkilatı bölgəni 2014-cü ildə nəzarətə götürmüş və 2017-ci ildə məhv edilmişdi. Lakin buna baxmayaraq terror təşkilatı bəzi ucqar bölgələrdə sığınacaqlarından çıxaraq terror hücumları həyata keçirir.

Giperssilka.ru