İslam dünyası "qeyri-adi" bir Ramazan ayına hazırlaşır

Bir çox ölkələrdə vətəndaşlar evdə ibadətə dəvət olunur. İzdihamlı toplantıların keçirilməsi qadağan edilib və müsəlmanlara "evdə iftar etmək" çağırışı olunub.

İslam dünyası

Giperssilka.ru Maide.az-a istinadla bildirir ki, İslam dünyası bu il ümumiyyətlə alışmadığı "qeyri-adi" Ramazan ayına hazırlaşır. Koronavirus tədbirləri, ictimai məsafələr qaydası, komendant saatları və karantin çərçivəsində bağlanan məscidlər dünyanın müxtəlif yerlərindəki müsəlmanlara fövqəladə bir ay bəxş edəcək. Bir çox ölkələrdə vətəndaşlar evdə ibadətə dəvət olunur. İzdihamlı toplantıların keçirilməsi qadağan edilib və müsəlmanlara "evdə iftar etmək" çağırışı olunub.

 

250-dən çox ölkəyə və 2 milyona yaxın insana təsir edən koronavirus Misirdən Malayziyaya qədər dünyanın müxtəlif yerlərində yaşayan 1,8 milyard müsəlmanın "fövqəladə" tədbirlər altında Ramazan ayına girməsinə səbəb oldu.

 

Azərbaycan

Azərbaycanda koronovirus səbəbiylə məscidlər ibadətə bağlanıb.

Ramazanın ilk həftəsi karantin dövrünə düşür. Növbəti həftələrdə karantin rejimi aradan qaldırılarsa, məscidlər ibadətə açıla bilər.

 

Türkiyə

Türkiyədə koronavirüs tədbirləri çərçivəsində məscidlərdə Cümə namazları qılınmır. Müqəddəs Ramazandan bir neçə gün əvvəl Din İşləri Nazirliyi evdə ibadətə çağırış edib.

Nazir Əli Erbaş müqəddəs Ramazan ayı üçün iftar süfrələri qurmaq əvəzinə, iftar paketləri ilə kömək çağırışını səsləndirib. 

 

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı baş müftisi Əbdüləziz Əl-Şeyx yeni növ koronavirus epidemiyası səbəbiylə namazların Ramazan ayında evlərdə qılınacağını açıqladı.

Səudiyyə Ərəbistanında Kovid-19 səbəbiylə məscidlərdə namazların və camaat namazlarının dayandırılması, məscidlərdə Ramazan ayında iftar verilməsi, bulaqların yanında stəkan qoyulmaması, yemək və xurma verilməməsi qərara verib.

Ölkədə epidemiya səbəbiylə Məkkədəki Hərəmi-Şərif və Mədinədəki Məscid əl-Nəbəvi də 20 mart tarixindən bağlıdır. 

 

Fələstin

Qüds ilk dəfə Ramazan ayında Məscidül-Əqsasız qalacaq. İşğal edilmiş Şərqi Qüdsdə olan Hərəmi-Şərif Ramazan ayında ilk dəfə ibadət üçün bağlanacaq.

 

İran

İran prezidenti Həsən Ruhani təxminən 1 ay əvvəl tətbiq olunan karantinin may ayının ilk həftəsinə qədər davam edəcəyini söyləyib. H.Ruhani iranlıları evdə ibadət etməyə çağırıb.

 

Pakistan

Dünyada ikinci ən çox müsəlman əhalisi olan Cənubi Asiya ölkəsi olan Pakistanda koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində məscidlərdə kütləvi namaz qılmaq qadağası ləğv edilib.

Mübarək Ramazan ayının başlamasına bir həftədən az vaxt qalmış hökumətdən verilən açıqlamada,

"Məscidlərdə lazımi tədbirlərin görülməsi şərti ilə camaatla namazlarına icazə veriləcək",

deyə bildirilib. Məscidə gedən insanlar maska geyinməlidirlər.

 

Misir

Misirdə hər il Ramazan ayında qurulan ənənəvi yardım masalarının qadağan edildiyi açıqlandı. Məscidlərdə etikaf qadağan edildi. Misirdə məscidlər virusun yayılmasının qarşısını almaq üçün bir ay bağlanıb.

 

Əfqanıstan

Əfqanıstandakı yardım qrupları, Ramazan ayından əvvəl qida yardımı istəyən insanların sayının artdığını bildirdi. Ölkənin şəhərlərində koronavirusla əlaqəli tədbirlər ərzaq ehtiyatlarını azaltdı və işsizliyin artmasına səbəb oldu.

 

Malayziya

Epidemiya səbəbindən Malayziyada əksər məktəb və müəssisələr bağlanıb. Ölkədə məscidlər açılsa da, sosial məsafə qaydasına riayət etmək üçün çağırışlar edilir. Hər il Ramazan ayı üçün xüsusi qurulan bazarlar bu il qurulmayacaq.

 

İndoneziya

Ramazan ayı və tətil dövründə ölkədə bir yerdən digər yerə getmək koronavirusa görə qadağan edilib.